close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Səttar Xan küçəsinin bağlanmasına dair edam hökmü çıxarılıb

Noyabr 21, 2022
1 dəqiqədə oxunur
Səttar Xan küçəsinin bağlanmasına dair edam hökmü çıxarılıb

Məhkəmənin mətbuat orqanı olan “Mizan” xəbər agentliyi son hadisələrlə bağlı saxlanılanlardan birinə edam hökmü çıxarıldığını bildirib.

“Mizan”ın xəbərinə görə, Tehranın Səttar Xan məhəlləsində keçirilən küçə etirazları zamanı etirazçı “əlində soyuq silahla küçəni bağlamağa, maşınları saxlamağa və insanlar üçün təhlükəsizlik şəraiti yaratmağa cəhd edib”.

Şəxsiyyəti açıqlanmayan edama məhkum edilən şəxsin digər ittihamları arasında “Bəsic milisləri ilə münaqişə, agentlərdən birini yaralamaq, yoldan keçənlərdə və vətəndaşlarda qorxu törətmək” də var.

Bu şəxs son bir həftədə İran İslam Respublikasının məhkəmə sistemi tərəfindən edam cəzasına məhkum edilmiş altıncı şəxsdir.

Bundan öncə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi “Mahan Sədərat”ı edam cəzasına məhkum etmişdi.

Ayrıca, İnqilab Məhkəməsinin 29-cu şöbəsinin hakimi “Əli Məzlum” son hadisələrdəki məhbuslarından daha biri olan Səhənd Nurməhəmmədzadəyə “küçənin bağlanmasına və maşınları keçməsinə mane olmaq” ittihamı ilə “edam hökmü” çıxarıb.

İslam Cinayət Məcəlləsinə görə, “Muharibə” ilə təqsirləndirilən şəxslərin cəzası edamdır.

Məhkəmə Media Mərkəzi bu edam hökmlərinin ilkin hökm daşıdığını və Ali Məhkəməyə şikayət verilə biləcəyini açıqlayıb.

Etirazçılardan 6-sı üçün edam hökmünün verilməsi elə bir vəziyyətdədir ki, Kanada, Almaniya və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla bir sıra ölkə və beynəlxalq təşkilatlar İran hökumətindən son günlər etirazçılara edam hökmü çıxarmaqdan çəkinməyi istəyiblər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Təbrizdə keçirilən etirazların qurbanlarından olan Əli İraqinin ailəsi təhdid altında

Noyabr 21, 2022
1 dəqiqədə oxunur
Təbrizdə keçirilən etirazların qurbanlarından olan Əli İraqinin ailəsi təhdid altında