close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Saytları dəyişdirin
Xəbərlər

Əsgər Əkbərzadə və Səid Sadiqifərin dindirilmə iclası keçirilib

Noyabr 24, 2022
1 dəqiqədə oxunur
Əsgər Əkbərzadə və Səid Sadiqifərin dindirilmə iclası keçirilib

Azərbaycanlı mədəni fəallar Əsgər Əkbərzadə və Səid Sadiqifərin dindirilmə iclası dünən 23 Noyabr 2022-ci ildə Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 7-ci istintaq şöbəsində keçirilib.

Hakim Kamyar Səlimin rəhbərlik etdiyi Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 7-ci şöbəsində keçirilən məhkəmə prosesinin ilkin mərhələsində cənab Əkbərzadəyə qarşı irəli sürülən ittiham “İran İslam Respublikası əleyhinə təbliğat” və cənab Sadiqifərə qarşı isə “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq və İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” olaraq bildirilmişdi.

22 Sentyabr səhər saat 4 radələrində Təhlükəsizlik məmurları Azərbaycanlı mədəni fəal Əsgər Əkbərzadənin Ərdəbil şəhərindəki evənə basqın edərək evdə axtarış aparıb və cənab Əkbərzadəni həbs etmişdilər.

Səid Sadiqifər də bu il sentyabrın 22-də səhər saat 3-də iş yerində həbs edilib, oktyabrın 6-da dindirmə prosesi başa çatdıqdan sonra Kəşfiyyat Nazirliyinin təcridxanasından Ərdəbil Mərkəzi Həbsxanasına köçürülüb.

Cənab Əkbərzadə və Sadiqifər bundan öncə də mədəni fəaliyyətlərinə görə çağırılıb, hədələnib və həbs ediliblər.

 

 

Şərhlər

Xəbərlər

Urmiyə etirazlarında həbs olunan 5 nəfərə ümumilikdə 21 il həbs cəzası verilib

Noyabr 24, 2022
1 dəqiqədə oxunur
Urmiyə etirazlarında həbs olunan 5 nəfərə ümumilikdə 21 il həbs cəzası verilib