close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Əmir Mehdipur Təbriz İnqilab Məhkəməsinin hökm icra şöbəsinə çağırılıb

Yanvar 12, 2023
1 dəqiqədə oxunur
Əmir Mehdipur Təbriz İnqilab Məhkəməsinin hökm icra şöbəsinə çağırılıb

Doğu Azərbaycan Vəkillər Birliyinin İnsan Haqları Komissiyasının üzvü vəkil Əmir Mehdipur Təbrizin ümumi və İnqilab Prokurorluğunun 11-ci hökm icra şöbəsinə çağırılıb.

Əmir Mehdipur, ədliyyə şöbəsinin Səna sistemi vasitəsilə aldığı və şəxsi İnstaqram səhifəsində dərc etdiyi bildirişə əsasən, hökmün icrası üçün bildirişin verildiyi tarixdən etibarən 10 gün ərzində sözügedən şöbəyə getməsi istənilib və getmədiyi halda həbs olunacağını bildirib.

Qeyd edək ki, Əmir Mehdipur 17 oktyabrda həbs edilərək Təbriz Həbsxanasına köçürülmüş və 27 oktyabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdır.

Cənab Mehdipur Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 1 il həbs və 2 il müddətinə ölkədən çıxış qadağasına məhkum edilib.

Bundan öncə də başqa Azərbaycanlı vəkillər və Azərbaycan Vəkillər Birliyinin İnsan Hüquqları Komissiyasının üzvləri Sina Yusif, Qasım Bodi və Negin Kiyani sırayla 6 ay həbs, iki il ölkədən çıxış qadağası və ayrıca elektron cihazlarının müsadirə edilməsinə və 5 ay həbs və 2 il ölkədən çıxış cəzasına və 1 il həbs, ölkədən çıxış qadağasına və mobil telefonunun müsadirə edilməsinə məhkum edilmişdilər.

Vəkillərin həbsi 14 Oktyabrda Doğu Azərbaycan Vəkillər Birliyinin İnsan Haqları Komissiyasının müavini vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib.

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İslam Respublikasının təhdidlərinə görə Amerika rəsmilərinin müdafiəsi planı uzaldılıb

Yanvar 11, 2023
1 dəqiqədə oxunur
İslam Respublikasının təhdidlərinə görə Amerika rəsmilərinin müdafiəsi planı uzaldılıb