close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Mədəni Universitetinin 20-yə yaxın öyrəncisi intizam komitəsinə çağırılıb

Fevral 24, 2023
1 dəqiqədə oxunur
Mədəni Universitetinin 20-yə yaxın öyrəncisi intizam komitəsinə çağırılıb

İranwire-in əldə etdiyi bilgilərə görə son bir həftə ərzində Azərbaycanın Şəhid Mədəni Universitetinin 20-yə yaxın öyrəncisi intizam komitəsinə çağırılıb.

İttihamlara əsasən Azərbaycan Şəhid Mədəni Universitetinin 20 öyrəncisi; Universitetin bütün işlərini və proqramlarını pozmaq, dayandırmaq, İslami və ya milli ayinləri və müqəddəs şeyləri, ölkənin rəsmi dinlərini təhqir etmək və ya İslam Respublikası sisteminə qarşı hərəkətlər etmək (məsələn, şüarlar vasitəsilə şifahi və ya yazılı nalayiq sözlər işlətmək, elanlar və internet məkanında yaymaq və s.) və iğtişaşlar yaratmaq və iğtişaşlarda iştirak etmək üçün İntizam komitəsinə çağırılıblar.

Bu öyrəncilər öncə İntizam Komitəsinə telefon zəngi ilə çağırış vərəqəsini almaq üçün, sonra isə bu həftə ərzində İntizam Komitəsinə ittihamları izah etmək üçün çağırılıblar. Tələbələr son ayların etirazlarından sonra Azərbaycan Şəhid Mədəni Universitetinin təhlükəsizlik şöbəsinin şikayəti ilə bu ittihamlarla üzləşiblər.

Qeyd edək ki, ittihamları izah etmək üçün öyrəncilər intizam komitəsinə çağırdıqdan sonra Azərbaycan Şəhid Mədəni Universitetinin elmi heyətinin üzvü və universitetin intizam komitəsinin katibi Seyide Leyli Həsəni Üskuyi öyrənciləri təhqir edərək dərsdən uzaqlaşdırılmaqla hədələyib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Məhbuslar

İrandaki Avstriyalı girov; O, uğursuz və zərərçəkmişdi və Hindistana səyahət edirdi

Fevral 23, 2023
1 dəqiqədə oxunur
İrandaki Avstriyalı girov; O, uğursuz və zərərçəkmişdi və Hindistana səyahət edirdi