close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Britaniya Hərbi Dəniz Qüvvələri raket yükü ilə İran gəmisini ələ keçirib

Mart 2, 2023
1 dəqiqədə oxunur
İngiltərə tərəfindən ələ keçirilən İranın qaçaqmalçılıq yolu ilə daşıdığı raketin bir hissəsinin şəkli
İngiltərə tərəfindən ələ keçirilən İranın qaçaqmalçılıq yolu ilə daşıdığı raketin bir hissəsinin şəkli

Cümə axşamı, martın 2-də Britaniya Hərbi Dəniz Qüvvələri bu yaxınlarda Oman körfəzində bir gəmidən İran silahlarının, o cümlədən tank əleyhinə idarə olunan raketlərin bir partiyasını ələ keçirdiyini açıqladı.

Reuters xəbər agentliyi Britaniya Hərbi Dəniz Qüvvələrinə istinadən xəbər verir ki, Amerikanın müşahidə pilotsuz uçan aparatı və Britaniya helikopteri gəminin müəyyən edilməsi və izlənməsində iştirak edib.

Reuters həmçinin bildirib ki, qaçaqmal silah yükü daşıyan bu gəmi gecə saatlarında yüksək sürətlə İranın Güney limana doğru hərəkət edirdi.

Aşkar edilmiş yüklərə tank əleyhinə qanadlı raketlər və uzaqmənzilli raketlərin hissələri daxildir. Britaniya Hərbi Dəniz Qüvvələrinin bəyanatında bu gəminin yükü ilə bağlı əlavə təfərrüatlar dərc edilməyib.

Britaniyanın müdafiə naziri Ben Uolles verdiyi açıqlamada ölkəsinin donanmasının hərəkətinin “beynəlxalq hüquqa riayət etmək öhdəliyi” çərçivəsində həyata keçirildiyini açıqlayıb və əlavə edib “Britaniya dünyada sülh və təhlükəsizliyi təhdid edən hərəkatlarla mübarizə aparmağa sadiqdir”.

Bu ilin avqustunda Britaniya Hərbi Dəniz Qüvvələri Oman dənizində Yəmənə gedən yolda qabaqcıl İran raketlərinin yükünü ələ keçirdiyini açıqlayıb.

Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə əsasən, İranın Yəməndəki husi silahlılarına silah yardımı qadağandır.Bununla belə, İslam Respublikası dəfələrlə husi üsyançılarına dəstək verməkdə günahlandırılıb və ABŞ və onun müttəfiqləri dəfələrlə Yəmənə qaçaqmalçılıq yolu ilə gətirilən İran silahlarını ələ keçiriblər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Ərdəbildə azı 11 məktəbdə tələbələr zəhərlənib

Mart 2, 2023
1 dəqiqədə oxunur
Ərdəbildə azı 11 məktəbdə tələbələr zəhərlənib