close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Azərbaycan şəhərlərində öyrənci və müəllimlər etiraz aksiyası keçirdi

Mart 8, 2023
1 dəqiqədə oxunur
Azərbaycan şəhərlərində öyrənci və müəllimlər etiraz aksiyası keçirdi

Dünən, 7 mart Azərbaycanın bəzi şəhərlərində, müəllim və öyrəncilər son həftələrdə universitet və məktəb öyrəncilərinin ardıcıl zəhərlənməsinə etiraz etmək üçün toplaşıblar.

Etirazçı müəllimlər tələbələrin sağlamlığının qırmızı xəttiləri olduğunu bəyan etməklə, qızların məktəb və universitetlərə hücum təşkil edənlərin tezliklə müəyyən edilərək məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Bununla əlaqədar olaraq Azərbaycanın müxtəlif şəhərlərinin, o cümlədən Qəzvin, Həmədan, Zəncan, Culfa və Ərdəbilin müəllim və öyrənciləri etiraz aksiyası keçiriblər.

Təbriz Tibb Elmləri Universitetinin öyrənciləri universitet baxçasına toplaşaraq məktəblərə və universitetlərə kimyəvi hücumun icraçılarını pisləyərək “Hərəkət davam edir” şüarı səsləndiriblər.

Tələbələrin zəhərlənməsi Qum şəhərində 30 Noyabr 2022-ci il çərşənbə günü başlayıb və həmin gün Nur Akademiyasının 18 qız tələbəsi zəhərlənib və bundan sonra İranın başqa şəhərlərindən, o cümlədən Urmiyə, Tehran, İsfahan, Yəzd, Xuzistandan xəbərlər yayımlanıb.

Bir neçə gündür də bu zəhərlənmə məsələsi şiddətlənib və Azərbaycana çatıb.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Moləvi Əbdülhəmid: Vəziyyət aydınlaşana qədər məktəblər bağlanmalıdır

Mart 8, 2023
1 dəqiqədə oxunur
Moləvi Əbdülhəmid: Vəziyyət aydınlaşana qədər məktəblər bağlanmalıdır