close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Londonda İslam Respublikasının rəhbərinə bağlı İngiltərə İslam Mərkəzi bağlanıb

May 25, 2023
1 dəqiqədə oxunur
İslam Respublikasına bağlı İngiltərə İslam Mərkəzi bir elanda bu mərkəzin fəaliyyətinin "özəl şərait" olaraq xarakterizə etdiyinə görə növbəti xəbərdarlığa qədər bağlanacağını elan etdi.
İslam Respublikasına bağlı İngiltərə İslam Mərkəzi bir elanda bu mərkəzin fəaliyyətinin "özəl şərait" olaraq xarakterizə etdiyinə görə növbəti xəbərdarlığa qədər bağlanacağını elan etdi.

Çərşənbə günü, 24 May 2023-cü ildə İran İslam Respublikasına bağlı İngiltərə İslam Mərkəzi bir elanda bu mərkəzin fəaliyyətinin "özəl şərait" olaraq xarakterizə etdiyinə görə növbəti xəbərdarlığa qədər bağlanacağını elan etdi.

İngiltərə İslam Mərkəzi bu qurumun bağlanmasının səbəbini qeyd etməyib və bu mərkəzin giriş qapısına vurulan bildirişdə yazılıbI “Özəl şəraitlə əlaqədar olaraq, bu mərkəzin bütün mədəni və maarifləndirici proqramları, o cümlədən həftəlik dualar və camaat namazları növbəti xəbərdarlığa qədər keçirilməyəcək”.

“Dideban İran” saytı bu mərkəzin qəyyumlarının Britaniya Xeyriyyə Komissiyası tərəfindən işdən çıxarıldığını bildirib.

Bir müddət öncə “The Times” nəşri London İslam Mərkəzinin Britaniya hökumətindən Koronanın vurduğu zərərin ödənilməsi və iş yerlərinin saxlanması üçün qurum və şirkətlərə ödənilən yardım şəklində 109 min funt-sterlinqdən çox pul aldığını açıqlamışdı.

Ötən həftələrdə İslam Respublikasının müxalifləri dünyanın müxtəlif şəhərlərində, o cümlədən Hamburq və Londonda İslam Respublikasına bağlı İslam mərkəzlərinin bağlanmasını tələb ediblər.

İran hakimiyyətinin əleyhdarları hesab edirlər ki, bu mərkəzlər dünyada terror tərəfdarlarının toplaşdığı məkana çevrilib.

Hüquq müdafiəçisi və İslam Respublikasının əleyhdarı olan “Nazənin Bonyadi” bu xəbəri müsbət qarşılayıb və İngiltərə İslam Mərkəzinin direktorunu “Əli Xamenei”nin nümayəndəsi kimi təqdim edib və yazıb ki, bu qurumun büdcəsi İran İslam Respublikası hökuməti tərəfindən təmin edilib.

O, Twitter hesabında bu qurumun bağlanmasını tələb edənlərin hamısının çabalarını yüksək qiymətləndirib və artırıb ki, İran hökuməti və onun nümayəndələri heç bir demokratik ölkədə təhlükəsiz sığınacaqlara malik olmamalıdır.

İngiltərədəki şiə təbliğat mərkəzlərindən biri olan İngiltərə İslam Mərkəzi 1998-ci ildə yaradılıb və 2018-ci ildən İran İslam Respublikası rəhbərinin nümayəndəsi Haşim Musəvi bu mərkəzin rəisidir.

Bəzi xəbər mənbələrinə görə, “Dar əl-Quran əl-Kərim”, “Əl-Fəcr Gənclik Dərnəyi” və “İslam Araşdırmaları İnstitutu” da daxil olmaqla bir sıra başqa İslami qurumları İslam Mərkəzinin alt kateqoriyaları hesab olunur ki İngiltərədə fəaliyyət göstərirlər.

İslam Respublikasının hakimiyyət orqanları hələlik bu xəbərə reaksiya verməyib və London İslam Mərkəzinin binasındai bu bildiriş yığışdırılıb.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Təbriz Tibb Elmləri Universitetinin öyrəncilərinin təhsildən uzaqlaşdırılması və akademik sürgün edilməsi

May 24, 2023
1 dəqiqədə oxunur
Təbriz Tibb Elmləri Universitetinin öyrəncilərinin təhsildən uzaqlaşdırılması və akademik sürgün edilməsi