Mayın 18-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Azərbaycanlı mədəni fəallar Ruhullah Əhmədinejad və Həmzə Vəlizadə dindirildikdən sonra müvəqqəti olaraq sərbəst buraxılıblar.
Bu vaxta qədər bu fəalların saxlanma müddəti, sərbəst buraxılma üsulu və ya girov qoyulması barədə təfərrüatlar yoxdur.
Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə, Əliriza Səbri, Hüseyn Əmani 18 May və Məhəmməd Riza Əmani 21 Mayda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Həbs olunanların bəzi yaxınları və mədəni fəalların ötən illərdəki tarixinə nəzər saldıqda, təhlükəsizlik qurumlarının bu şəxslərin həbsinin 2006-ci il aksiyalarının ildönümü ilə bağlı olduğunu ehtimal edirlər.
Şərhlər