close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Davud Şiri Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

İyun 8, 2023
1 dəqiqədə oxunur
Davud Şiri Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

İranwire-in əldə etdiyi xəbərə görə Türk mədəni fəal Davud Şiri bu gün, 2023-cü il iyunun 18-də məhkəməyə qədər 2 milyard rial girov qarşılıında Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

Bu azərbaycanlı mədəni fəalın qardaşı Əyyub Şiri Təbriz Təhqiqat və Ümumi İnqilab məhkəməsinin 15-ci şöbəsinin rəhbəri Seyid Əli Musəvi Əqdəmin verdiyi məktubu dərc edərək, Davd Şirinin azadlığa buraxıldığını elan edib.

Bu ana qədər bu Türk fəalın həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə xəbər yoxdur. Cənab Şirinin azad edilməsi sonrası, başqa mədəni fəallar Hüseyn Əmani, Cavad Əhmədzadə, Əliriza Səbri və Məhəmməd Riza (Araz) Əmani hələ də həbsdədirlər.

Davud Şiri mayın 18-də Təbrizdə İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Təbrizdəki İnqilab Keşikçiləri kəşfiyyatının təcridxanasına köçürülüb.

Cənab Şiri ilə yanaşı, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə, Əliriza Səbri, Hüseyn Əmani 18 May və Məhəmməd Riza Əmani 21 Mayda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Həbs olunanların bəzi yaxınları və mədəni fəalların ötən illərdəki tarixinə nəzər saldıqda, təhlükəsizlik qurumlarının bu şəxslərin həbsinin 2006-ci il aksiyalarının ildönümü ilə bağlı olduğunu ehtimal edirlər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Daşqınlardan zərər çəkmiş insanlara yardımın göstərilməsində maneələr davam etdirilir

İyun 8, 2023
1 dəqiqədə oxunur
Daşqınlardan zərər çəkmiş insanlara yardımın göstərilməsində maneələr davam etdirilir