close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Mədəni fəalların Ərdəbil kəşfiyyat idarəsinə kütləvi telefon çağırışı

Avqust 3, 2023
1 dəqiqədə oxunur
Mədəni fəalların Ərdəbil kəşfiyyat idarəsinə kütləvi telefon çağırışı

Ərdəbil əyalətinin Kəşfiyyat İdarəsinin əməkdaşları son iki gün içində onlarla Türk mədəni fəalı təhlükəsizlik idarəsinə çağırılıblar.

Firuz Moini, Əsgər Əkbərzadə, Tohid Əmirəmini, Meysəm Colani, Yusif Kari, Mürtəza Pərvin, Səid Sadiqifər, Məhəmməd Colani, Yaşar Əkbərzadə, təhlükəsizlik idarələrinə çağırılanlardan bir neçəsidir ki, ayrı-ayrı telefon danışıqları zamanı onlar bəzi izahatlar üçün kəşfiyyat idarəsinə çağırılıb və bu, mədəni fəalların etirazı ilə nəticələnib.

Çağırılan fəallar təhlükəsizlik əməkdaşlarının çağırışına cavab olaraq deyiblər: “Kəşfiyyat idarəsinin bu hərəkəti tamamilə qanunsuzdur və məhkəmə qaydalarından uzaqdır, məhkəmə qərarı olmadan istənilən çağırışların heç bir hüquqi əhəmiyyəti yoxdur və biz yalnız qanuni yollarla çağırış vərəqəsi verildiyi halda qeyd olunan idarədə iştirak edəcəyik”.

İnsanların kəşfiyyat idarəsinə çağırılması və dəvət edilməsi hüquqi nəticələrə və yüklərə səbəb ola bildiyinə görə, məhkəmə orqanlarının əmri tələb olunur və orada olan şəxslər üçün bildiriş göndərən şəxsin kimliyi dəqiqləşdirilməlidir.

Qeyd edək ki, son günlər İran İslam Respublikasının Kəşfiyyat Baş İdarəsi Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı mədəni fəalların fəaliyyətinin qarşısının alınması üçün qeyri-qanuni tədbirlə fəalları və onların yaxınlarını həbs etməklə hədələyir, onlara işgəncə verir. Fəallar bunu qanunsuz hesab edir və məhkəmə bildirişinin göndərilməsini tələb edirlər.

Şərhlər

Xəbərlər

Təbriz Tibb Elmləri Universitetinin İslam Dərnəyinin fəaliyyəti 6 ay müddətinə dayandırılıb

Avqust 2, 2023
1 dəqiqədə oxunur
Təbriz Tibb Elmləri Universitetinin İslam Dərnəyinin fəaliyyəti 6 ay müddətinə dayandırılıb