close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Biden: Orta Doğuda istiqrar üçün İran kontrol edilməlidir

Mart 8, 2024
1 dəqiqədə oxunur
Biden: Orta Doğuda istiqrar üçün İran kontrol edilməlidir

ABŞ prezidenti Joe Biden ABŞ Konqresindəki illik çıxışında İranla bağlı deyib ki, "Orta Doğuda istiqrarın yaradılması həm də İran təhlükəsinin qarşısını almaq deməkdir. Buna görə də mən Qırmızı dənizdə beynəlxalq gəmiçilik və naviqasiya azadlığını müdafiə etmək üçün onlarla ölkədən ibarət koalisiya yaratdım".

ABŞ prezidenti əlavə edib: “Mən husilərin imkanlarını azaltmaq və bölgədəki Amerika qüvvələrini müdafiə etmək üçün hücum əmrini vermişəm”.

Biden dedi: “Mən Ali Baş Komandan kimi xalqımızın və hərbçilərimizin müdafiəsi üçün gələcək tədbirləri istiqamətləndirməkdən çəkinməyəcəyəm”.

Keçmiş prezident Donald Trump Joe Biden Konqresdəki illik çıxışı sonrası yazıb: Biden İranı zəngin etdi və Orta Doğudaki problemlər buna görədir. Mənim vaxtımda İran müflis olmuşdu. Orta Doğu Bidene görəh partlayır”.

Konqresdəki çıxışının başqa bir hissəsində Joe Biden Qəzzadakı savaşı müzakirə edib və Qəzzaya yardım göstərmək üçün yeni planı açıqlayıb.

ABŞ prezidenti bildirib ki, o, ABŞ hərbçilərinə dəniz yolu ilə humanitar yardımların qəbulu və göndərilməsi üçün Aralıq dənizi sahillərində müvəqqəti liman tikmək əmri verib.

O bildirib ki, bu əməliyyata Qəzzada ABŞ hərbi qulluqçularının yerləşdirilməsi daxil deyil.

Biden deyib ki, İsrail Qəzzada sivil insanların həyatını qorumalıdır.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Cəmiyyət & Mədəniyyət

Təbrizli körpəyə Türk adına görə kimlik verilmir

Mart 8, 2024
1 dəqiqədə oxunur
Təbrizli körpəyə Türk adına görə kimlik verilmir