close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Ədliyyənin birinci müavini oğullarının korrupsiyası üzə çıxandan bir neçə ay sonra istefa verib

Mart 13, 2024
1 dəqiqədə oxunur
İran mediasının məlumatına görə, İslam Respublikası məhkəmə sisteminin birinci müavini Məhəmməd Musədiq Kəhnəmuyi korrupsiya işinin üzə çıxmasından və iki oğlunun həbsindən bir neçə ay sonra tutduğu vəzifədən istefa verib.

Ədliyyə sisteminin birinci müavininin iki oğlunun həbsini üzə çıxarandan altı ay sonra Mizan xəbər agentliyi martın 13-də çərşənbə günü təsdiqləyib ki, ədliyyə sistemindəki bu yüksək vəzifəli şəxs istefa verib və onun istefası ədliyyə orqanının rəhbəri Qulamhüseyn Mohseni Ejeyi tərəfindən qəbul edilib.

Mizanın yazdığına görə, Məhəmməd Musədiq Kəhnəmuyi istefa məktubunda iddia edib ki, övladlarına qarşı ittiham işi başlayandan bəri onun bu işlə bağlı hakimlərin heç biri ilə əlaqəsi olmayıb.

Ədliyyə orqanlarının yüksək vəzifəli məmurunun iki övladının maliyyə korrupsiyası ittihamı ilə həbs olunması xəbəri bu ilin sentyabrında bir Telegram kanalı tərəfindən açıqlanıb, bir neçə gün sonra isə bu kanal əlçatmaz olub. Bir neçə həftə sonra, oktyabr ayında, İnqilab Keşikçilərinə yaxın Mashregh xəbər agentliyi, Məhəmməd Musədiq Kəhnəmuyi ki üç ədliyyə başçısının güvənilir hakimi olmuşdu onun oğullarının 8 ay öncə Səfa sənaye qrupunun sahibi olan Məhəmməd Rüstəmi Səfayinin 20 min milyard tümənlik korrupsiya işində ittiham edildiyini təsdiqlədi.

Daha öncə Tasnim xəbər agentliyi ədliyyə məmurlarının iki oğlu ilə bağlı işdə korrupsiyanın məbləğinin 20 min milyard tümən olduğunu bildirmişdi.

İran mediasının məlumatına görə, cari mart ayında bu iş üzrə təqsirləndirilən şəxslərin məhkəməsinin indiyədək üç iclası keçirilib. Bu məhkəmə hələ bitməyib.

Ədliyyə orqanlarının hüquqi yardımçılığı dövründə İslam Respublikasının bəzi məmurlarının övladlarının xaricdə təhsil almasına toxunan Məhəmməd Musədiq Kəhnəmuyi, rejim məmurlarının övladlarının xaricdə təhsil almasına icazə verilməməsi planının təsdiqini istəyib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İlin axır çarşənbəsi hadisələrində ən azı 14 nəfər ölüb, 1790 nəfər yaralanıb

Mart 13, 2024
2 dəqiqədə oxunur
İlin axır çarşənbəsi hadisələrində ən azı 14 nəfər ölüb, 1790 nəfər yaralanıb