2019-cu ilin Noyabrında Tehranda keçirilən etiraz aksiyalarında, Əmir Hüseyn Muradi və Məhəmməd Rəcəbi ilə birlikdə edama məhkum edilmiş Səid Təmcidi girov qarşılığında sərbəst buraxılıb.
13 mart 2022-ci il bazar günü Harana Xəbər Agentliyi bu xəbəri açıqlayarkən cənab Təmcidinin 5 milyard tümən girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxıldığını yazdı.
Bundan öncə, 2019-cu ilin noyabr etirazlarının siyasi məhbusu Əmir Hüseyn Muradi xəstəlik səbəbindən bir müddət xəstəxanada qaldıqdan sonra bu ilin yanvarında həbsdən azad edilib.
“Səid Təmcidi”, “Əmir Hüseyn Muradi” və “Məhəmməd Rəcəbi” 2019-cu ilin noyabrında benzinin qiymətinin artmasına etiraz edən üç nəfər idi ki, 2019-cu ilin iyulunda Apellyasiya Məhkəməsində onların edam hökmünün təsdiqlənməsinin elanı ilə bu üç gəncin edam hökmünün dayandırılması üçün yüz minlərlə insanın sosial şəbəkələrdə “Edam etməyin” həştəqi ilə bu hökmə reaksiya verdi.
Etiraz aksiyalarından sonra üç siyasi məhbusun vəkilləri birgə bəyanat yayaraq, onların yenidən məhkəmə araşdırması ilə bağlı vəsatətlərinin qəbul olunduğunu və nəhayət işin yenidən baxılması üçün Ali Məhkəmənin başqa şöbəsinə göndərildiyini bildiriblər.
Daha sonra siyasi məhbusların vəkili Babək Pakniya Twitter səhifəsində onların edam hökmünün Ali Məhkəmənin 1-ci şöbəsi tərəfindən ləğv edildiyini bildirib.
İslam Respublikasının məhkəmə hakimiyyəti iddia edib ki, bu siyasi məhbuslar “silahlı quldurluq” və “ölkəni qeyri-qanuni olaraq tərk etmək” ittihamı ilə həbs və edama məhkum ediliblər.
📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]
📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com
Şərhlər