close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Saytları dəyişdirin
Məhbuslar

Təbriz Mərkəzi Həbsxanasına köçürülən Əkbər Əbülzadə aclıq aksiyasının beşinci günündə

İyul 21, 2022
1 dəqiqədə oxunur
Təbriz Mərkəzi Həbsxanasına köçürülən Əkbər Əbülzadə aclıq aksiyasının beşinci günündə

Azərbaycanlı mədəni fəal Əkbər Əbülzadə qanuni hüquqlarından istifadə edə bilmədiyinə və məzuniyyət verilməməsinə, özəlliklə də müvafiq orqanlar tərəfindən məzuniyyət bəhanəsi ilə ailəsinə və atasına qarşı təzyiqlərə etiraz olaraq 5 gündür aclıq aksiyası keçirir.

2022-ci il iyulun 17-də bu mədəni fəal Əhər həbsxanasının rəhbərliyinə məktub təqdim edərək aclıq aksiyasına başladığını xəbər vermişdi ki, İyulun 20-də ədliyyə və həbsxana məsullarının onun tələbinə cavab verməməsindən sonra cənab Əbülzadə məmurlar tərəfindən Təbrizin mərkəzi həbsxanasına köçürüldü.

Xatırlatmalıyıq ki, Əkbər Əbülzadə, mədəni fəaliyyətinə görə dəfələrlə həbs olunub.

Tehranda yaşayan inşaat mühəndisi Əkbər Əbülzadə 2015-ci il noyabrın 9-da Azərbaycanın şəhərlərində İran İslam Respublikası TV-sində yayımlanan təhqiredici proqrama (Fitilə) etirazlarla eyni vaxtda Əhərdə həbs edilmişdi.

Noyabr 2015, İran dövlət televiziyasında uşaqlar üçün yayımlanan "Hotel Fitilə" adlı bir televiziya verilişinin yayımlanmasının ardından, İranın onlarla şəhərində “Türklərə qarşı irqçi və təhqiredici” və “Türk uşaqlara qarşı aşağlayıcı ifadələrə” görə geniş etiraz nümayişləri keçirdi. Azərbaycan mədəni fəalları tərəfindən "anti-irqçi etirazlar" olaraq bilinən hadisədə yüzlərlə Azərbaycanlı saxlanıldı və onlarla adam həbs cəzasına məhkum edildi.

Təhlükəsizlik qüvvələri etiraz aksiyaları zamanı və sonrakı günlərdə onlarla insanı nəzarətə götürdü. Bu etiraz mitinqləri ilə əlaqədar olaraq, saxlanılan 25 nəfər üçün Məhkəmə tərəfindən yarğı prosesi başladı və təxminən iki il sonra Doğu Azərbaycan əyalətinin məhkəmələri ən azı altı Əhərli vətəndaşı yeddi aydan on aya qədər həbs cəzasına məhkum etdilər.

Şərhlər

Qadınlar

İran xəstəxanalarında “hamiləlik devriyyəsi”nin yaradılması

İyul 21, 2022
1 dəqiqədə oxunur
İran xəstəxanalarında “hamiləlik devriyyəsi”nin yaradılması