Təbrizdə son aksiyalar zamanı həbs edilən Şəhriyar Cəfəri adlı daha bir məhbusun kimliyi bəlli edilib.
İranwire-in əldə etdiyi məlumata görə, Şəhriyar Cəfəri bir aydan çoxdur ki, həbsdədir və mümkün ittihamlar barədə məlumat yoxdur.
Şahidlərin və etibarlı mənbələrin verdiyi məlumata görə, Azərbaycan şəhərlərində gənclərin yanısıra yüzlərcə yeniyetmə qız və oğlan həbs edilib.
Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və statusları ilə bağlı dəqiq statistika açıqlanmayıb.
Şərhlər