close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Etirazlarda həbs olunan Cavad Ruhi üç dəfə edama məhkum edilib

Yanvar 16, 2023
1 dəqiqədə oxunur
Etirazlarda həbs olunan Cavad Ruhi üç dəfə edama məhkum edilib

Ümumi etiraz aksiyalarında saxlanılanlardan biri olan “Cavad Ruhi” “yol polisi qərargahını yandırmaq” ittihamı ilə “üç edam” cəzasına məhkum edilib.

35 yaşlı Cavad Ruhi Amol əhalisindəndir və daha öncə də ona edam hökmü çıxarıldığı barədə xəbərlər yayılmışdı.

Cavad Ruhiyə qarşı çıxarılan iddianamədə onun dindirmə zamanı etirafları qeyd olunur və bu məcburi etiraflara əsasən, o, “molotof kokteyli hazırlayıb Noşəhərin Azadi meydanında yol polisi qərargahına atıb, nəticədə yanğına və ciddi ziyana səbəb olduğu” ittihamı irəli sürülüb.

Məlumatlara görə, İslam Respublikasının Məhkəmə Hakimiyyəti də Cavad Ruhini “Quranı yandırmaqda və hicaba qarşı şüarlar səsləndirməkdə” ittiham edib.

Cənab Ruhi-nin məhkəmə prosesi, son etirazlarda edam cəzasına məhkum edilmiş digər müttəhimlər kimi ədalətsiz olub və onun heç bir məhkəmə mərhələsində vəkili olmayıb.

Cənab Ruhinin valideynləri, müharibə ilə ittiham olunan övladının ruhi vəziyyətinin pis olması ilə bağlı video yayıb və kömək istəyiblər.

Onlar öz mesajlarında oğullarının vəziyyəti ilə bağlı açıq-aydın qeyd ediblər ki, onun keçmişində psixi xəstəlik var, aksiyalar zamanı və saxlanma zamanı da müalicə olunurdu.

Mazandaran əyalətinin İnqilab Məhkəməsi daha iki 18 yaşlı gənc haqqında da edam hökmü çıxarıb.

"Mehdi Məhammədi Fard" Növşəhrdə keçirilən ümummi etirazlar zamanı həbs edilən və Sari İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən "yer üzündə korrupsiya" və "müharibə" ittihamı ilə "iki dəfə edam" cəzasına məhkum edilmiş 18 yaşlı yeniyetmədir.

“Ərşiya Təkdəstan” Növşəhrdə həbs edilən və İnqilab Məhkəməsi tərəfindən “müharibə və yer üzündə korrupsiya” cinayətinə görə edam cəzasına məhkum edilmiş başqa 18 yaşlı gəncdir.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Britaniya parlamenti İnqilab Keşikçilərini terror təşkilatları siyahısına daxil etməyi tələb edib

Yanvar 13, 2023
1 dəqiqədə oxunur
Britaniya parlamenti İnqilab Keşikçilərini terror təşkilatları siyahısına daxil etməyi tələb edib