close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Əliriza Fərşi sürgünə göndərilmək üçün cinayət hökmlərinin icra şöbəsinə çağırılıb

May 10, 2023
1 dəqiqədə oxunur
Əliriza Fərşi Evin həbsxanasında yerləşən "Şəhid Müqəddəs" prokurorluğunun cinayət hökmlərinin icrası idarəsinə çağırılıb.
Əliriza Fərşi Evin həbsxanasında yerləşən "Şəhid Müqəddəs" prokurorluğunun cinayət hökmlərinin icrası idarəsinə çağırılıb.

Evin həbsxanasından bir müddət öncə sərbəst buraxılan Türk mədəni fəal Əliriza Fərşi Evin həbsxanasında yerləşən "Şəhid Müqəddəs" prokurorluğunun cinayət hökmlərinin icrası idarəsinə çağırılıb.

Bu tanınmış azərbaycanlı mədəni fəal öz İnstaqram səhifəsində yazıb: “Bir neçə dəqiqə öncə Şəhid Müqəddəs Prokurorluğunun (Evin) cinayət hökmlərinin icrası idarəsi tərəfindən zəng aldım və dedilər: Gələn həftə sürgün qərarını (məcburi yaşayış yeriniz) icra etmək üçün Xuzistan əyalətinin Bağməlek şəhərinə göndərilmək üzərə Tehrandakı "Şəhid Müqəddəs" prokurorluğunun cinayət hökmlərinin icrası idarəsinə gedin və orada halim Mehrdadi qərarlar barədə sizə məlumat versin.

Əlireza Fərşi dörd illik cəzasının üç il üç ayını çəkdikdən sonra 8 Fevral çərşənbə axşamı Evin həbsxanasından sərbəst buraxıldı.

Xatırlatmalıyıq ki 26 dekabr 2019-cu il tarixdə, Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi, hakim Babaeyin sədrliyi ilə Əliriza Fərşi və başqa üç Azərbaycanlı mədəni fəala, 2013-cü ildə Baharistanda keçirilən Beynəlxalq Ana Dili Günündə iştirak etdiyinə görə ümumilikdə 8 il həbs və səkkiz il sürgün cəzasına məhkum etdi.

Bu mədəni fəal 2021-ci ilin Aprelində 2 illik həbs cəzasını çəkərkən, Tehran Əyalət Apelyasiya Məhkəməsinin 36 saylı şöbəsində Hakim Əhməd Zərgərin sədrliyi ilə keçirilən iclasda "milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əl bir olmaq " ittihamı ilə üç il altı ay həbs cəzasına və "rejimə qarşı təbliğat" ittihamı ilə səkkiz ay həbs cəzasına məhkum edildi.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İslam Respublikası Ədliyyəsinin sözçüsü Həbib Osivədin edamını müdafiə edib

May 9, 2023
2 dəqiqədə oxunur
İslam Respublikası Ədliyyəsinin sözçüsü Həbib Osivədin edamını müdafiə edib