close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Əli Rizayi Havastan 6 il həbsə məhkum edilib

İyun 23, 2023
1 dəqiqədə oxunur
Əli Rizayi Havastan 6 il həbsə məhkum edilib

Ötən ilki etirazlar zamanı həbs olunanlardan biri, Türk mədəni fəal Əli Rizayi Havastan 6 il həbsə məhkum edilib.

İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Birliyinin (ADAP) verdiyi məlumata görə, çərşənbə günü, iyunun 21-də, hakim Səlavatinin başçılıq etdiyi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi, cənab Rizayini, toplaşmaq və əl bir olmaq ittihamı ilə 5 il və rejim əleyhinə təbliğat ittihamı ilə isə 1 il həbs cəzasına məhkum edib.

Cənab Rizayi elə bir halda altı il həbs cəzasına məhkum edilib ki, son aylarda bir çox məhbuslar "Əfv və Ümumi Cəzaların Azaldılması" direktivinə əsasən əfv edilib və cəzaları azaldılıb.

Yaxınlarının və ailəsinin verdiyi məlumata görə, “Cənab Rizayi həbsi zamanı və məhkəmədə vəkillə görüşə bilməyib və hakim Səlavati dəfələrlə ailəsinin ofisində olmasını rədd edib və onları həbs etməklə hədələyib”.

Əli Rizayi 2022-ci il dekabrın 11-də Tehrandakı şəxsi evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edildi. Onun şəxsi əşyalarından bəziləri, o cümlədən üç noutbuk, mobil telefon və ona məxsus bəllək disk təhlükəsizlik qüvvələri tərəfindən müsadirə edilib.

Cənab Rizayi öncə Kəşfiyyat Nazirliyinin Evin zindanının 209-cu palatası kimi tanınan təcridxanasına, iyirmi gündən sonra isə Böyük Tehran həbsxanasına köçürüldü. Nəhayət, 9 Apreldə onlarla məhbusla birlikdə Evin Həbsxanasının 6-cı bölməsinə köçürüldü.

1982-ci il doğumlu Əli Rizayi IT mühəndisi, Türk dili müəllimi və yoqa təlimatçısıdır.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Millətvəkili: İranda 300 milyon tümənlik Çin avtomobili 3 milyard tümənə satılır

İyun 22, 2023
1 dəqiqədə oxunur
Millətvəkili: İranda 300 milyon tümənlik Çin avtomobili 3 milyard tümənə satılır