close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Azərbaycanlı əmək fəalı Riza Şəhabi xəstəxanaya köçürülüb

İyun 10, 2024
1 dəqiqədə oxunur
Azərbaycanlı əmək fəalı Riza Şəhabi xəstəxanaya köçürülüb

Evin həbsxanasında məhbus olan azərbaycanlı əmək fəalı, Tehran avtobus işçiləri birliyinin idarə heyətinin üzvü Riza Şəhabi fiziki vəziyyətinin pisləşməsi və bel diski xəstəliyinin təkrarlanması ilə əlaqədar xəstəxanaya köçürülüb.

Riza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.

Tehran və Şəhərətrafı Avtobus Şirkəti İşçilər Birliyi, 8 iyun 2024-cü il şənbə günü bu azərbaycanlı əmək fəalının belindəki şiddətli ağrılar və sağ ayaq barmaqlarının uyuşması və hərəkətsizliyi səbəbindən Xumeyni xəstəxanasına göndərildiyini açıqlayıb.

Həkimlər cənab Şəhabinin xəstəxana şərayitində müalicə və əməliyyat olunması barədə arayış təqdim ediblər.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Doğu Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir. O, "Rejimə qarşı təbliğat" və "ökənin milli təhlükəsizliyinə qarşı hərəkət etmək üçün toplaşmaq və əlbir olmaq"da ittiham edilərək, 6 il həbsə məhkum edilib.

 

 

Şərhlər

Xəbərlər

İran dünyada kosmetika istehlakına görə birinci yerdədir

İyun 7, 2024
1 dəqiqədə oxunur
İran dünyada kosmetika istehlakına görə birinci yerdədir