close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Evində həbsdə olan ən azı 12 Azərbaycanlı fəalın həbs müddəti uzadılıb

May 13, 2024
2 dəqiqədə oxunur
Evində həbsdə olan ən azı 12 Azərbaycanlı fəalın həbs müddəti uzadılıb
Evində həbsdə olan ən azı 12 Azərbaycanlı fəalın həbs müddəti uzadılıb

Evin həbsxanasında saxlanılan azı 12 Azərbaycanlı mədəni fəalın həbs müddəti növbəti dəfə uzadılıb.

Fərqli şəhərlərdə həbs olunduqdan sonra Evinə köçürülən bu fəallar həbs olunduqdan sonra dördüncü aydır ki, hələ də bu həbsxanadadırlar.

“İranwire”ə çatan xəbərlərə görə, Mürtəza Pərvin, Tahir Nəqəvi, Hüseyn Piri, Kərəm Mərdane, Səid Camalzadə, Bağır Hacızadə, Ayda Sediqi, Fatimə Atəşi, Süheyla Əsgəri və Ayaz Seyfxah, adlı 12 mədəni fəal hələ də vəkillə əlaqəsi olmadan Evin həbsxanasındadırlar.

Eyni zamanda, Evin həbsxanasının 3-cü bölməsinin 4-cü bəndində olam Mürtəza Pərvinin rəsm sərgisinin bəzi işlərində yoxsulluq, fəhlələr, etirazçı müəllimlər və məcburi hicaba etiraz edən qadınları sərgilədiyi üçün çağırılıb və hədələnib.

Onlarla eyni vaxtda həbs edilən bir sıra digər azərbaycanlı mədəni fəal girov ilə sərbəst buraxılıb. 2024-cü il fevral ayının 5, 6 və 7-də təhlükəsizlik qüvvələri müxtəlif şəhərlərdə 20-dən çox Türk mədəni fəal və bəziləri də zorakılıqla həbs ediliblər. Meşginşəhrdə Ayda sediqi və Fatimə Atəşi, Urmiyədə Süheyla Əsgəri, Mürtəza Pərvin, Kərəm Mərdanə, Səid Dustan və Aydın (Süleyman) Məhəmmədi Ərdəbildə, Səid Minayi Binabda, Vədud Əsədi Rəştdə, Salar Tahirəfşar Ürmiyədə, Salar Taherafshar, Təbrizdə Ayaz Seyfxah, Bağır Hacızadə, Səid Camalzadə və Araz Aman, İslamşəhrdə Kamal Nuri, Gərçəkdə Əbdüləziz Əzimi Qədim, Astarada Abdullah Vahidi və Kərəcdə Tahir Nəqvi bu məhbuslar arasında idi.

Bu mədəni fəallar saxlandıqları müddətdə vəkildən məhrum edilmiş, onların bir neçəsi həbsdə olarkən zorakılığa məruz qalmış, onların təcridxanada effektiv və kifayət qədər tibbi xidmətlərdən istifadə imkanları yox idi. Eyni zamanda, Mürtəza Pərvinin bel diski xəstəliyinin vəziyyəti pisləşib. Evin həbsxanasının 209-cu palatasındakı bu etirazçı sənətçinin iki həftəlik aclıq aksiyasına görə o, mədə ağrılarından və aclıq aksiyasının fəsadlarından əziyyət çəkir, ancaq məmurlar hələ də ona psixi işgəncə vermək üçün effektiv tibbi xidmətlərdən istifadə etməyə mane olurlar.

Həmçinin, Ayaz Seyfxaha təzyiqləri gücləndirmək üçün martın 6-da Kəşfiyyat Nazirliyinin əməkdaşları onun qardaşı Əhəd Seyfxahı Təbriz yaxınlığındakı Kəlankeş kəndində şiddətlə həbs edərək Təbriz Kəşfiyyatının təcridxanasına köçürüblər. Əhəd Seyfxah son bir neçə gündə təxminən iki həftə həbsdə qaldıqdan sonra girov garşılığında sərbəst buraxılıb.

Şərhlər

Xəbərlər

Azərbaycanlı həmkarlar ittifaqı fəalı Əli Hacıya qarşı yeni iş açılıb

May 13, 2024
1 dəqiqədə oxunur
Azərbaycanlı həmkarlar ittifaqı fəalı Əli Hacıya qarşı yeni iş açılıb