close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

İranda həbsdə olan Fransa vətəndaşı Louis Arnaud azadlığa buraxılıb

İyun 13, 2024
ایران‌وایر
1 dəqiqədə oxunur
İranda həbsdə olan Fransa vətəndaşı Louis Arnaud azadlığa buraxılıb
İranda həbsdə olan Fransa vətəndaşı Louis Arnaud azadlığa buraxılıb

Fransa prezidenti Emmanuel Makron İranda həbsdə olan Fransa vətəndaşı Louis Arnaudun azadlığa buraxıldığını açıqlayıb.

Çərşənbə günü, iyunun 12-də o, "X" sosial şəbəkəsində hesabınsa yazıb: “Louis Arnaud azadlığa buraxıldı. İranda uzun sürən həbsdən sonra sabah Fransada olacaq”.

Bu mesajında Fransa prezidenti "Oman"a və "Louis Arnaud"un azad edilməsində rol oynayan hər kəsə kömək və vasitəçiliyə görə təşəkkür edib və "Secil Koehler", "Jacques Paris" və "Olivier" adlı İranda həbsdə olan başqa Fransa vətəndaşlarını qeyd-şərtsiz azad etməyi İslam Respublikasından istəyib.

Fransa vətəndaşı olan "Louis Arnaud" İranda 2021-ci ilin payızında "Mahsa Əmini" inqilabi qiyamının ümummilli etirazları zamanı həbs edilib. 2023-cü ilin noyabrında bir neçə məhkəmə iclası keçirdikdən sonra o, İslam Respublikasının “sisteminə qarşı təbliğat və milli təhlükəsizlik əleyhinə fəaliyyət” ittihamı ilə 5 il həbs cəzasına məhkum edildi.

Keçən il “Louis Arnaud”un anası vəkillərinin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsi və ona 5 il həbs cəzası verilməsi xəbərini açıqlamışdı.

Eyni zamanda, " Louis Arnaud"un anası "Sylvie Arnaud" açıqlamasında oğluna qarşı İran rejiminə qarşı "təbliğat" və "İran hökumətinin təhlükəsizliyini pozmaq" ittihamlarının tamamilə əsassız olduğunu açıqlamışdı.

Qeyd edək ki, daha üç fransız hazırda İranda həbsdədir.

Müəllim və həmkarlar ittifaqı fəalı "Secil Koehler" və həyat yoldaşı "Jacques Paris", İrana turist vizası ilə səfər etmiş və “Olivieh” adlı şəxs də bu şəxslər arasındadır.

Şərhlər

Siyasət

Seçki mühitini izləmək üçün polis 34 xüsusi qrup yaradılıb

İyun 12, 2024
1 dəqiqədə oxunur
Seçki mühitini izləmək üçün polis 34 xüsusi qrup yaradılıb