close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İran 90 min avro qarşılığında xarici vətəndaşlara iqamət verir

Aprel 6, 2022
1 dəqiqədə oxunur
İran 90 min avro qarşılığında xarici vətəndaşlara iqamət verir

İran hökuməti xarici vətəndaşlara iqamət vermək üçün tələb olunan yatırım məbləğini 250 min dollardan 90 min avroya endirib.

İranın xarici yatırım və İqtisadi və Texniki Yardım Bürosunun baş direktoru Əbülfəzl Kudehi bu xəbəri açıqlayıb və bildirib ki, xarici yatırımcılara iqamət verilməsi müddəti də 3 ildən 5 ilə yüksəlib.

Xarici vətəndaşlara sərmayə müqabilində yaşayış imkanının verilməsi qaydalarında edilən dəyişikliklər əvvəlki planların uğursuzluğundan sonra baş verir.

Ötən ilin sentyabrında İranın daxili işlər nazirinin müavini Babək Dinapərəst İranda 250 min dollarlıq sərmayə müqabilində xarici vətəndaşlara iqamət hüququ verən qanun layihəsinin baş tutmadığını elan edərək, qanun layihəsi çərçivəsində bir nəfərin də müraciət etmədiyini bildirib.

İranın yatırım Təşkilatının rəsmiləri elan ediblər ki, yeni fərmana əsasən yatırımcı, onun xarici menecerləri və ekspertləri, ayrıca xarici sərmayədən istifadə edilən müəssisələrin xarici menecerləri və ekspertləri, ayrıca həyat yoldaşı, 18 yaşına çatmamış oğulları və evlənməmiş qızları və onların himayəsində olan valideynləri də İranda 5 il qala bilərlər.

Əbülfəzl Koudehi bəyan edib ki, bu qətnamənin məqsədi getdikcə daha çox xarici ölkələrin, xüsusən də qonşu ölkələrin vətəndaşlarını İrana sərmayə qoymağa təşviq etməkdir.

İran dünyada beyin və sərmayə axınının ən yüksək göstəricilərinə malik olduğu bir vaxtda İslam Respublikası hökumətinin xarici sərmayələri cəlb etmək planı açıqlanıb.

Siyasi analitiklər İrandan ixtisaslı işçi qüvvəsi və sərmayə köçürmək istəyinin əsas səbəbi kimi siyasi və sosial azadlıqların olmaması və İranın qlobal arenada təcrid olunmasını göstərirlər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Bayramda yol qəzalarında 746 nəfər ölüb, 47 nəfər suda boğulub

Aprel 5, 2022
1 dəqiqədə oxunur
Bayramda yol qəzalarında 746 nəfər ölüb, 47 nəfər suda boğulub