close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Doğu Azərbaycanda 186 Korona xəstəsi xəstəxanaya yerləşdirilib

Aprel 25, 2022
1 dəqiqədə oxunur
Doğu Azərbaycanda 186 Korona xəstəsi xəstəxanaya yerləşdirilib

Təbriz Tibb Elmləri Universitetinin rəisi hazırda Doğu Azərbaycan xəstəxanalarında 186 Korona xəstəsi olduğunu bildirərək deyib: Korona xəstələrindən 83 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib.

Bəhmən Nəqipur bildirib: Korona vəziyyəti kövrəkdir, amma indi, aylar sonra, Təbriz, Bunab və Mərənd mavidir; Doğu Azərbaycanda qırmızı Korona şəhəri yoxdur və yalnız Çaruymaq şəhəri narıncı Korona vəziyyətindədir, lakin onun təsirləri hər kəsə aydın olduğu üçün hələ də peyvənd lazımdır.

O əlavə etdi: Üskü, Əhər, Tufarqan, Bostanava, Culfa, Xudafərin, Sarab, Şəbistər, Əcəbşer, Kəleybər, Marağa, Məlikan, Miyana, Həris, Həştrud, Horand və Vərziqan da daxil olmaqla 17 şəhər də sarı Korona vəziyyətindədir.

O, Doğu Azərbaycanda müəyyən edilmiş Korona xəstələrin ümumi sayını 258 min 323 nəfər olaraq açıqlayıb və əlavə edib: Əyalətdə 7 min 397 Koronalı həyatını itirib.

O əyalətdəki peyvənd olunmaqla bağlı dedi: Son 24 saat ərzində 417 nəfər peyvənd alıb və hazırda Doğu Azərbaycanda 2 milyon 943 min 872 nəfər (təxminən 89%) korona peyvəndinin birinci dozasını alıb.

Nəqipur davam etdi: Əyalətdə 2 milyon 690 min 349 nəfər ikinci doza (təxminən 83), 707 min 307 nəfər (təxminən 50,5%) isə üçüncü doza korona peyvəndi alıb.

Şərhlər

Siyasət

Əli Motəhəri: İslam Respublikasının məqsədi ilk başdan atom bombası yaratmaq idi

Aprel 25, 2022
1 dəqiqədə oxunur
Əli Motəhəri: İslam Respublikasının məqsədi ilk başdan atom bombası yaratmaq idi