Doğu Azərbaycan Su və Kanalizasiya Şirkətinin baş direktoru deyib: Əyalətdə 700 kənd su problemi ilə üzləşib.
Məhəmməd Xani əyalətin kəndlərinə su təchizatı qərargahının toplantısında, əyalətdə 700 kəndin su problemi ilə üzləşdiyinə işarə edərək dedi: Keçən il Kəleybər, Xudafərin, Vərziqan və Həştrud şəhərlərində 11 mindən çox təsərrüfat olan 121 kəndin su təchizatı layihəsi İmam Həsən Müctəba qərargahına təhvil verilib, müqaviləyə əsasən, layihənin 50%-i bu ilin iyul ayına qədər təmin olunmalıdır.
O, davam etdi: Qərargahın fəaliyyəti ilə bağlı başqa kəndlərin də su problemlərini həll etmək üçün müqavilədə bağlanmış kəndlərin sayını 500 kəndə çatdırmağa çalışırıq.
İslam Respublikası rəsmiləri quraqlığı su böhranı ilə əlaqələndirirlər. Bununla birlikdə, müstəqil ətraf mühit ekspertləri son dörd onillikdə İslam Respublikasının su siyasətinin mövcud böhrana səbəb olduğunu söyləyirlər.
Şərhlər