close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Xarici İşlər Nazirliyi Qətərin İrandakı səfirinin terror edilməsini təkzib edib

Aprel 29, 2022
1 dəqiqədə oxunur
Xarici İşlər Nazirliyi Qətərin İrandakı səfirinin terror edilməsini təkzib edib

İran Xarici İşlər Nazirliyi Qətərin Tehrandakı səfiri "Əli bin Əhməd Əli Əl-səliti"nin öldürülməsini təkzib edən qısa bəyanat yayıb.

29 Aprel Cümə günü heç bir izahat verilmədən yayımlanan bu elanda yalnız mediadan xəbərin dərcində diqqətli olmaları istənilib.

Qətərin Tehrandakı səfirinə sui-qəsd niyyəti barədə xəbəri cümə axşamı axşam Tabnak saytının beynəlxalq katibi Mustafa Nəcəfi dərc edib.

Nəcəfi Twitter-də yazıb ki, Əli bin Əhməd Əli Əl-səliti Mirdamad kəsişməsində öldürülüb.

O, öncə Əli bin Əhməd Əli Əl-səliti Qətərin İrandakı səfiri adlandırsa da, daha sonra onu “keçmiş səfir” adlandırıb.

İran Xarici İşlər Nazirliyinin təkzibinə baxmayaraq, sosial şəbəkə istifadəçiləri arasında bu hadisə ilə bağlı spekulyasiyalar davam edir.

Bu istifadəçilər 2020-ci ilin avqustunda Tehranın Pasdaran küçəsində livanlı ata və qızın öldürülməsi ilə bağlı xəbərlərə istinad edir ki, bu xəbərlər İran tərəfindən təkzib edilir, lakin sonradan məlum olur ki, sui-qəsdə məruz qalan Əl-Qaidənin ikinci şəxsidir ki uzun illər İranda iqamət edib.

Şərhlər

Siyasət

İnqilab Keşikçilərinin Baş Komandanının Qəzzədə ilk dəfə çıxışı

Aprel 29, 2022
1 dəqiqədə oxunur
İnqilab Keşikçilərinin Baş Komandanının Qəzzədə ilk dəfə çıxışı