close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Beynəlxalq Amnistiya Təşkilatı İslam Respublikasını girov götürməkdə ittiham edib

May 19, 2022
Ebrahim Ramezani
1 dəqiqədə oxunur
Beynəlxalq Amnistiya Təşkilatı İslam Respublikasını girov götürməkdə ittiham edib

Cümə axşamı Beynəlxalq Amnistiya Təşkilatı bəyanatlarında İslam Respublikasını İran və İsveç vətəndaşı Əhmədriza Cəlalini "girov" almaqda və onu "vəhşi siyasi oyunda qoz"a çevirməkdə ittiham edib.

İsveçdə Həmid Nurinin məhkəməsinin son günündə İran xəbər agentlikləri İran-İsveç ikili vətəndaşlıqlı tədqiqatçı Əhmədriza Cəlalinin bu ayın sonuna kimi edam edilməsi barədə məlumat yayıblar, lakin İran rəsmiləri bu iki qonunun arasında bir bağın olmadığını deyiblər.

İran məhkəmə sistemi cənab Cəlali üçün edam hökmünün "son" hökm olduğunu və icra olunacağını elan edərkən, İran Xarici İşlər Nazirliyi edamın təxirə salınmasını nəzərdən keçirdiyini açıqlayıb.

Amnesty International deyir ki,hökümət, Əhmədriza Cəlalinin girov götürərək, İsveç və Belçikanı İslam Respublikasının iki keçmiş məmurunun işi ilə məşğul olmağa məcbur etmək istəyir.

Həmid Nuri 1988-ci ildə Kərəcdəki Gohərdəşt həbsxanasında siyasi məhbusların kütləvi edamında iştirak etməkdə ittiham olunur. Onun məhkəmələri son aylarda İsveçdə keçirilib və onlarla şahid ifadə verib.

İranın Avstriyadakı səfirliyində işləyən 50 yaşlı iranlı diplomat Əsədullah Əsədinin də Xalqın Mücahidləri konfransına hücum etmək üçün Belçikada yaşayan iranlı cütlüyə yarım kiloqram partlayıcı verdiyi məhkəmədə sübuta yetirilib. O, hazırda Belçikada 20 il həbs cəzası çəkir.

Təşkilatın Yaxın Şərq üzrə direktoru Diana Əl-Havinin sözlərinə görə, İran hökuməti “İsveç və Belçikada hüquqi prosesə təsir etmək” üçün cənab Cəlalidən “qəddar siyasi oyunda qoz” kimi istifadə edir.

Xanım Əl-Havi daha sonra İranı “girov götürmə cinayəti”ndə ittiham edib və araşdırmaya çağırıb.

Şərhlər

Xəbərlər

Elena Dohan: İranın 120 milyard dollarlıq varlığı sanksiyalar nəticəsində dondurulub

May 19, 2022
1 dəqiqədə oxunur
Elena Dohan: İranın 120 milyard dollarlıq varlığı sanksiyalar nəticəsində dondurulub