close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Təbriz təhlükəsizlik qüvvələri iki mədəni fəalı həbs edib

May 20, 2022
1 dəqiqədə oxunur
Təbriz təhlükəsizlik qüvvələri iki mədəni fəalı həbs edib

Təbrizdə yaşayan mədəni fəallar “Davud Şiri” və “Əyyub Şiri” 19 May 2022-ci il cümə axşamı günü bu şəhərin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum bir yerə aparılıblar.

İranwire-in əldə etdiyi məlumata görə, Əyyub və Davud Şiri adlı iki qardaşın həbsdən buraxılmasından bir neçə ay sonra  onlar dünən axşam Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu xəbərin yazıldığı vaxta qədər bu mədəni fəalların həbsinin səbəbləri və harada olduğu məlum deyil.

Şiri qardaşları 2019-cu ilin Noyabr etirazlarından sonra saxlanılanlar arasındadır. Əyub və Davud Şiri 17 Noyabr 2109 -cu ildə Təbrizdəki iş yerlərində təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerə köçürüldülər. Təxminən 100 gün müvəqqəti saxlandıqdan sonra məhkəməyə qədər 600 milyon Tümən girov qarşılığında sərbəst buraxıldılar.

2020-ci ilin İyul ayında Doğu Azərbaycan Əyalət Apellyasiya Məhkəməsinin Birinci Şöbəsi Davud Şiri və Əyub Şirini cəmi bir il həbs və cib telefonu xəttlərinin məhvi və cib telefonlarının müsadirə edilməsinə məhkum etdi. Şiri qardaşları Təbriz Prokurorluğunun Hökm İcra Şöbəsinə gütdikdən sonra 12 iyun 2021-ci ildə həbs olundular və cəzalarını çəkmək üçün bu şəhərin həbsxanasına köçürüldülər.

Bu iki qardaş həbsdəykən, Təbriz Prokurorluğunun Ümumi və İnqilab məhkəməsinin 16-cı İstintaq  Şöbəsində yeni bir işdə "milli təhlükəsizliyi pozmaq üçün qanunsuz bir qrup yaratmaq" ilə ittiham olundular.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Beynəlxalq Amnistiya Təşkilatı İslam Respublikasını girov götürməkdə ittiham edib

May 19, 2022
Ebrahim Ramezani
1 dəqiqədə oxunur
Beynəlxalq Amnistiya Təşkilatı İslam Respublikasını girov götürməkdə ittiham edib