close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Yəməndə baş verən partlayışda 6 iranlı və livanlı mütəxəssis həyatını itirib

Avqust 9, 2022
1 dəqiqədə oxunur
Yəməndə baş verən partlayışda 6 iranlı və livanlı mütəxəssis həyatını itirib

Əl-Ərəbiyyə şəbəkəsi Yəmən husilərinin raket montajı sexində baş verən iki partlayış zamanı 6 iranlı və livanlı mütəxəssis də daxil olmaqla onlarla insanın öldüyünü bildirib.

Şəbəkə öz mənbələrinə istinadən bildirib ki, bu partlayışlar bazar ertəsi, avqustun 7-də baş verib və Sənanın doğusundaki Əl-Həfa bazasında yerləşən təlim düşərgəsinin yaxınlığında raket yığma sexi və sursat anbarının dağılmasına səbəb olub.

Bundan öncə Yəmən mediası bazar ertəsi səhər Sənada bir neçə ardıcıl böyük partlayışın baş verdiyini xəbər vermişdi.

Yəmənin “Xəbar” adlı xəbər agentliyi də yəmənli hərbi mənbəyə istinadən bildirib ki, bu partlayışlar husi milisləri tərəfindən Sənanın güneyində yerləşən Əl-Həfa bazasından raketin uğursuz buraxılması nəticəsində baş verib.

Əl-Ərəbiyyə xəbər verir ki, bu hadisədən sonra husilər Əl-Həfa bazasını tamamilə bloklayıb və şahidlər bu bazaya təcili yardım maşınlarının göndərildiyini bildiriblər.

Yəməndə məhvetmə savaşı son bir neçə həftə ərzində atəşkəsdədir və Birləşmiş Millətlər Təşkilatı ötən çərşənbə axşamı atəşkəsi ikinci dəfə uzadıb.

Əl-Ərəbiyyə yazıb ki, husi milisləri atəşkəsdən sui-istifadə edərək İrandan gətirilən raket və dronları yığır və silah və sursatları hərəkətə gətirir.

Bundan öncə Amerikanın "Wall Street Journal" qəzeti BMT ekspertlərinin hesabatına istinadən yazıb ki, İranın cənubundakı Cask limanı İslam Respublikasından Yəmənə silah qaçaqmalçılığı üçün bir qapıdır.

Şərhlər

Xəbərlər

Rəfsəncanda ölümlə nəticələnən münaqişə; 10 nəfər öldürülüb

Avqust 8, 2022
1 dəqiqədə oxunur
Rəfsəncanda ölümlə nəticələnən münaqişə; 10 nəfər öldürülüb