close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Washington Post: Rusiya İranın pilotsuz uçuş aparatlarının keyfiyyətindən narazıdır

Avqust 31, 2022
1 dəqiqədə oxunur
Washington Post: Rusiya İranın pilotsuz uçuş aparatlarının keyfiyyətindən narazıdır

Amerikanın “Washington Post” qəzeti Batı təhlükəsizlik rəsmilərinə istinadən xəbərdə yazıb ki, Rusiya Ukrayna savaşında istifadə etmək üçün bu yaxınlarda İrandan aldığı pilotsuz uçuş aparatlarının keyfiyyətindən narazıdır.

Washington Post qəzetinin xəbərinə görə, ABŞ və NATO təhlükəsizlik rəsmiləri Rusiya yük təyyarələrinin Ukraynaya qarşı istifadə üçün İran istehsalı olan döyüş pilotsuz təyyarələrinin ilk partiyasını sakitcə Rusiyaya çatdırdığını bildirib.

Amerika rəsmiləri bildiriblər ki, İran pilotsuz təyyarələrinin Rusiyaya təhvil verilməsi Moskva ilə Tehran arasında münasibətləri dərinləşdirən bir hərəkətdir və eyni zamanda Rusiyanın öz ordusunun ehtiyaclarını ödəmək səylərini göstərir.

“Washington Post”un xəbərinə görə, Rusiyanın İran pilotsuz təyyarələri üzərində ilk sınaqları uğurlu olmayıb. Batı təhlükəsizlik rəsmisi adının açıqlanmasını istəməyən Washington Posta deyib: Ruslar razı deyil.

Biden administrasiyası iyul ayında xəbərdarlıq etmişdi ki, Rusiya Ukraynadakı döyüş meydanında hava hücumları həyata keçirmək üçün çoxlu sayda İranın pilotsuz uçuş aparatlarını almaq istəyir.

ABŞ və müttəfiqlərinin təhlükəsizlik rəsmiləri bildiriblər ki, rus təyyarələri avqustun ortalarında bir neçə gün ərzində pilotsuz təyyarələri götürmək üçün İranın hərbi obyektinə uçub. ABŞ təhlükəsizlik rəsmisi bildirib ki, ilkin tədarükə iki model Şahid dronları, Şahid-129 və Şahid-191, həmçinin Mohajer-6 daxildir.

“Washington Post”un məlumatına görə, onların hamısı həm hücumlar, həm də müşahidə üçün nəzərdə tutulmuş “İranın ən yaxşı hərbi pilotsuz təyyarələri” arasındadır.

Bəzi analitiklər deyirlər ki, pilotsuz təyyarələrin ötürülməsi İran və dünya gücləri arasında nüvə danışıqları prosesinə təsir göstərməsə də, İran və Rusiyanın yaxınlaşması və iki diktator ölkə arasında hərbi əlaqələrin güclənməsi ABŞ və onun müttəfiqləri baxışında “narahatedici inkişaf” ola bilər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

ABŞ Hərbi Dəniz Qüvvələri İnqilab Keşikçilərinin bir gəmini ələ keçirmək cəhdinin qarşısını alıb

Avqust 31, 2022
1 dəqiqədə oxunur
ABŞ Hərbi Dəniz Qüvvələri İnqilab Keşikçilərinin bir gəmini ələ keçirmək cəhdinin qarşısını alıb