close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

ABŞ Hərbi Dəniz Qüvvələri İnqilab Keşikçilərinin bir gəmini ələ keçirmək cəhdinin qarşısını alıb

Avqust 31, 2022
1 dəqiqədə oxunur
ABŞ Hərbi Dəniz Qüvvələri İnqilab Keşikçilərinin bir gəmini ələ keçirmək cəhdinin qarşısını alıb

ABŞ Ordusunun Beşinci Donanması bu ölkənin Hərbi Dəniz Qüvvələrinin İnqilab Keşikçilərinin bu donanmaya aid bir gəmini ələ keçirmək cəhdinin qarşısını aldığını açıqlayıb.

Bu hadisə bazar ertəsi, 29 Avqustda axşam saatlarında baş verib. Bloomberg-in məlumatına görə, bu hadisə zamanı İnqilab Keşikçilərinə aid bir gəmi Amerika gəmisini İran sahillərinə doğru istiqamətləndirərkən, ABŞ Beşinci Donanması bu qaçırma əməliyyatından xəbərdar olub və hərəkətə keçib.

ABŞ 5-ci Donanması verdiyi açıqlamada İnqilab Keşikçiləri gəmisinin 4 saatdan sonra bölgəni tərk etdiyini və ABŞ Hərbi Dəniz Qüvvələrinin xilasetmə əməliyyatını toqquşma uğurla həyata keçirdiyini bildirib.

Bloomberg xəbərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri İnqilab Keşikçiləri qüvvələrini Amerika gəmisini tərk etməyə məcbur etmək üçün helikopter göndərib.

ABŞ-ın 5-ci donanmasının komandiri Bred Cuper İnqilab Keşikçilərinin davranışını “qanunsuz və peşəkar dəniz qaydaları və qanunlarına zidd” adlandırıb.

İran rəsmiləri bu hadisəyə və bu Amerika gəmisinin ələ keçirilərək azad edilməsi prosesinin necə getdiyinə hələ reaksiya verməyib.

Şərhlər

Məhbuslar

Əliriza Fərşi həbs və şallaq cəzasına məhkum edilib

Avqust 30, 2022
1 dəqiqədə oxunur
Əliriza Fərşi həbs və şallaq cəzasına məhkum edilib