close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İrandakı avropalı məhbusların ailələri Avropa rəsmilərini unutqanlıqla ittiham ediblər

Sentyabr 7, 2022
1 dəqiqədə oxunur
İrandakı avropalı məhbusların ailələri Avropa rəsmilərini unutqanlıqla ittiham ediblər

İslam Respublikası həbsxanalarında həbsdə olan 4 avropalı məhbusun ailələri Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Josep Borrellə ünvanlanmış məktub dərc edərək, Avropa hökumətlərini İrandakı yaxınlarının vəziyyətinə laqeyd qalmaq və unutmaqda ittiham ediblər.

Sentyabrın 5-i bazar ertəsi dərc edilən bu məktubda deyilir: Biz İran rejimi tərəfindən qanunsuz olaraq həbs edilən alman, fransız, isveçli və avstriyalı məhbusların ailələri bu cinayətlərə məhəl qoymayan Avropa Birliyinə qəzəblənirik.

Bu etiraz məktubunu Fransa vətəndaşı Benjamin Brierin bacısı, ikili İran-İsveç vətəndaşı Əhmədriza Cəlalinin həyat yoldaşı, ikili İran-Almaniya vətəndaşı Cəmşid Şarməhdin qızı və İran-Avstriya ikili vətəndaş Kamran Qədrinin həyat yoldaşı imzalayıb.

İkili vətəndaşlığı olan bu dörd Avropa vətəndaşı müxtəlif təhlükəsizlik ittihamları ilə İnqilab Məhkəmələrində mühakimə olunur və bəziləri edam təhlükəsi ilə üz-üzədir.

Həbsdə olan bu vətəndaşların ailələri məktubda yazıblar: Bütün avropalı məhbuslar maraqlanır ki, Avropa İttifaqı onları unudubmu və bu bəlalara nə qədər dözməli olacaqlar?

Həmin şəxslərin ailələri məktublarında qeyd ediblər: Bu Avropa vətəndaşları qondarma ittihamlarla işgəncələrə və kobud ədalətsiz məhkəmələrə məruz qalıblar və onlara vəkil və ya lazımi tibbi xidmət göstərilməyib.

Bu məktubda vurğulanır ki, bütün bu məhbuslar insan haqlarının və beynəlxalq hüququn minimum standartlarına hörmət etməyən diktatura rejiminin girovlarıdır.

Bu məhbusların ailələri məktubun son hissəsində yazırdılar: Yüzlərlə, minlərlə gündür ki, sevdiklərimizin azadlığını gözləyirik. İran hökumətinin başımıza gətirdiyi bəlaya görə çox təəssüflənirik. Bununla əlaqədar İranla apardığınız danışıqlarda və müzakirələrdə insan haqları məsələsini prioritetləşdirmənizi xahiş edirik.

İran İnsan Haqları Mərkəzinin hesabatına görə, İran həbsxanalarında ikili və ya avropalı və amerikalı 20-yə yaxın vətəndaş saxlanılır.

Ötən illərdə İran İslam Respublikası hökuməti xarici vətəndaşların və ya ikili vətəndaşların həbsindən öz siyasi məqsədlərini həyata keçirmək və ya Batı ölkələrində məhbus olan ünsürlərini azad etmək üçün təzyiq vasitəsi kimi istifadə edib.

Şərhlər

İqtisadiyyat

Millət vəkili: Ən azı 10 milyon ailə kirayəçidir

Sentyabr 6, 2022
1 dəqiqədə oxunur
Millət vəkili: Ən azı 10 milyon ailə kirayəçidir