close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Amerika İran neft məhsullarının satışı ilə bağlı 10 şirkətə sanksiya tətbiq edib

Sentyabr 30, 2022
1 dəqiqədə oxunur
Amerika İran neft məhsullarının satışı ilə bağlı 10 şirkətə sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İranın neft və neft-kimya məhsullarının satışı ilə əlaqədar 10 şirkətə və Panama bayraqlı neft tankerinə sanksiya tətbiq etdiyini açıqlayıb.

Bu nazirliyin xarici aktivlərin monitorinqi idarəsi 27 Sentyabr 2022 cümə axşamı günü bir bəyanat yayaraq, İranın neft-kimya və neft məhsullarının satışını asanlaşdıran beynəlxalq şirkətlər şəbəkəsini sanksiya siyahısına saldığını elan edib.

Bu şirkətlər İran, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Honq Konq və Çində yerləşir. Sanksiyaya məruz qalanlar arasında Çin gəmiçilik şirkəti, İran Kimya Sənaye İnvestisiya Şirkəti, Dubaydakı Clara Dənizçilik Şirkəti, Hindistanın Mumbay şəhərindəki neft-kimya şirkəti Pars Middle East Petrochemical Company və Honq Konqda üç şirkət var.

Bu barədə ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson bildirib: “İran JCPOA-nın tam yerinə yetirilməsinə qarşılıq verməkdən imtina etdikcə, ABŞ İranın neft və neft-kimya məhsullarının satışına qarşı sanksiyalarını davam etdirəcək”.

Joe Biden hökuməti bəyan edib ki, İslam Respublikası JCPOA-dakı öhdəliklərinə qayıtsa, İranın nüvə proqramı ilə bağlı sanksiyaları ləğv edəcək.

Şərhlər

Məhbuslar

Azərbaycanda keçirilən etiraz aksiyaları zamanı həbs edilən 2 nəfərin kimliyi bəlli edilib

Sentyabr 30, 2022
Azərbaycanda keçirilən etiraz aksiyaları zamanı həbs edilən 2 nəfərin kimliyi bəlli edilib