Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib və hücum dəf edilərkən Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həyatını itirib.
Bu hücumda iki nəfər isə yaralanıb. Hazırda Azərbaycan tərəfi təcili araşdırma aparır və əlavə məlumat veriləcək.
Daha öncə Tehranın polis rəisi demişdi: "Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb"
Tehranın polis rəisinin sözlərinə görə: Bu şəxs iki azyaşlı uşağı ilə səfirliyə daxil olub. Ancaq videolar bu rəsminin bu sözünü yalanlayır və hücum edən şəxsin səfirliyə tək daxil olduğu görünür.
İlkin istintaqda hücum edən şəxs səbəbinin şəxsi və ailə problemləri olduğunu bildirib.
Şərhlər