close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Xoyda 5,9 gücündə zəlzələ baş verib; Çoxlu binalar dağılıb

Yanvar 28, 2023
1 dəqiqədə oxunur
Xoyda 5,9 gücündə zəlzələ baş verib; Çoxlu binalar dağılıb

Batı Azərbaycanın guzeyində yerləşən Xoy şəhərində bir neçə saat öncə 5,9 gücündə zəlzələ baş verib. Bu zəlzələ əyalətin bir çox bölgələrində, özəlliklə Urmiya şəhərində hiss olunub.

Tehran Universitetinin Seysmoloji Mərkəzinin məlumatına görə, bu zəlzələ şənbə günü gecə saat 21:44-də 7 kilometr dərinlikdə baş verib.

Bu zəlzələnin dəqiq yeri 44,90 dərəcə uzunluq və 38,59 dərəcə enlikdə qeydə alınıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, ilkin müşahidələr Xoy şəhərində evlərin və tikililərin dağıdılmasının çox olduğunu göstərir.

 

Ölkənin təcili yardım departamentinin sözçüsü Xaledinin sözlərinə görə, zəlzələnin yüksək intensivliyi Xoy xəstəxanasının çatlamasına səbəb olub.

Təbriz və Urmiyadan da çoxlu sayda təcili yardım maşınları Xoy şəhərinə göndərilib.

Batı Azərbaycan Əyalətinin Qızıl Ay Cəmiyyətinin nəzarətçisi ayrıca bildirib ki, Batı Azərbaycan əyalətində baş vermiş 5,9 gücündə zəlzələdən sonra hadisənin və Qızıl Ayın əyalətdəki bütün bazalarının mümkün zərərlərini qiymətləndirmək üçün Qızıl Ayın 4 ekspert qrupu hadisə yerinə göndərilib.

Təsnimin bu gecə Batı Azərbaycan əaylətində baş vermiş sonuncu güclü zəlzələnin vəziyyəti ilə bağlı verdiyi xəbərə görə, kəndlərdə evlərin dağılması yüksəkdir və ən çox zərər İvaoğlu bölgəsinin kəndlərinə dəyib və bəzi evlər də dağılıb. Həmçinin, Xoy şəhərinin bir hissəsində elektrik enerjisi kəsilib.

Xoy şəhərində insanlar küçələrdə qorxuya düşüb, çoxlu binalar dağıdılıb.

Zəlzələnin afterşokları bir neçə dəqiqəlik fasilə ilə davam edir.Bu afterşoklar üç bal gücündə baş verir.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Azərbaycanın İrandakı səfirliyinə hücum: Mühafizə rəisi öldürülüb

Yanvar 27, 2023
Azərbaycanın İrandakı səfirliyinə hücum: Mühafizə rəisi öldürülüb