close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İranda nüvə silahına yaxın zənginləşdirmə ilə uranın kəşfi

Fevral 20, 2023
1 dəqiqədə oxunur
İranda nüvə silahına yaxın zənginləşdirmə ilə uranın kəşfi

“Bloomberg”in xəbərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri keçən həftə İranda yüzdə 84 zənginləşdirilmiş uranı müəyyən ediblər. Bu nüvə silahının istehsalı üçün tələb olunan zənginləşdirmədən cəmi yüzdə 6 azdır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin iki yüksək səviyyəli müfəttişi Bloomberg-ə bildiriblər ki, İslam Respublikasının sonsuz nüvə fəaliyyəti yeni böhrana səbəb ola bilər.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri İranın yüzdə 84 zənginləşdirilmiş uranı necə əldə etdiyini və anbarını necə saxladığını aydınlaşdırmağa çalışır.

Bu ekspertlərin fikrincə, bu zənginləşdirmə İranda indiyə qədər aşkar edilmiş ən yüksək məbləğdir.

İran hökuməti bundan öncə agentliyə yalnız yüzdə 60 qədər zənginləşdirəcəyini bildirmişdi.

Bloomberg-in məlumatına görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri İranın zənginləşdirməni bu səviyyəyə qəsdən artırıb-artmadığını və ya bu zənginləşdirmə səviyyəsinin uranın zənginləşdirilməsi prosesinin gözlənilməz nəticəsi olub-olmadığını müəyyən etməyə çalışır.

Bloomberg yazıb ki, bu ay müşahidəçilər ikinci dəfədir ki, İranda zənginləşdirmə ilə bağlı şübhəli fəaliyyətlər müəyyən edirlər.

Bloomberg agentliyin müfəttişlərinə istinadən yazır ki, yüzdə 84 zənginləşdirmə İranın zənginləşdirmə prosesindəki texniki problemlərlə bağlı olsa belə, bu məsələ İranın nüvə silahı istehsalı üçün lazım olan uranı əldə etməsi təhlükəsinə diqqət çəkir.

İranda yüzdə 84 zənginləşdirilmiş uranın kəşfi İslam Respublikası hökumətinin Batıdan getdikcə daha çox təcrid olunduğu və JCPOA-nı canlandırmaq üçün dünya gücləri ilə danışıqların dalana dirəndiyi bir vaxtda baş verib.

İran hökuməti də genişmiqyaslı etirazları ölümcül şəkildə yatırdığına görə geniş qınaqla üzləşib və ABŞ və Avropa İttifaqı İslam Respublikasının Rusiyanın Ukraynadakı müharibəsinə hərbi dəstəyinə görə İrana qarşı sanksiyaları sərtləşdirib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

21 aydan sonra Tarkan kimlik vəsiqəsi alıb

Fevral 20, 2023
1 dəqiqədə oxunur
21 aydan sonra Tarkan kimlik vəsiqəsi alıb