close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Dünya Ana Dili Günü münasibəti ilə mədəni fəallar Muğanda Türkcə kitablar paylayıblar

Fevral 21, 2023
1 dəqiqədə oxunur
Dünya Ana Dili Günü münasibəti ilə mədəni fəallar Muğanda Türkcə kitablar paylayıblar

Dünən, bazar ertəsi, Dünya Ana Dili Gününü qeyd etmək üçün Azərbaycanlı mədəni fəallar Ərdəbilin Muğan şəhərində uşaqlar arasında yüzlərlə cild Türkcə kitab paylayıblar.

Ayrıca mədəni fəallar uşaqlara və onların valideynlərinə Azərbaycan mədəniyyəti, dil hüquqları, ana dilində təhsilin üstünlükləri haqqında məlumat veriblər.

Hər il İran təqvimində isfənd ayının 2-nə təsadüf edən Dünya Ana Dili Günü münasibəti ilə Türk şəhərlərdə mədəni fəallar kitab paylayır, təbrik traktatları paylayır, şokolad, qraffiti, bannerlər quraşdırır və ana dili ilə bağlı məlumatlar verir və İran hökümətini dil hüquqları ilə bağlı beynəlxalq konvensiyaların maddələrini həyata keçirməyə çağırırlar.

Məsələnin vacibliyini və ana dilində tədrisin zəruriliyini vurğulamaq və hökumətləri bu aydın bəşəri prinsipi həyata keçirməyə məcbur etmək üçün UNESCO tərəfindən fevralın 21-i Ümumdünya Ana Dili Günü kimi təyin edilmişdir.

İranda Türklər bir çox əsas mədəni hüquqları o cümlədən, "ana dilində təhsil hüququ", "Türkcə milli televiziyaya sahib olmaq hüququ", "milli Türk qəzetinə sahib olmaq hüququ" və "övladlarına Türk adları qoymaq hüququ"ndan məhrum ediliblər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İranda nüvə silahına yaxın zənginləşdirmə ilə uranın kəşfi

Fevral 20, 2023
1 dəqiqədə oxunur
İranda nüvə silahına yaxın zənginləşdirmə ilə uranın kəşfi