close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Amerika İsrailə İrana qarşı birgə hərbi planlaşdırma təklif edib

May 18, 2023
1 dəqiqədə oxunur
(ABŞ Müdafiə Nazirinin İsrailə səfəri və aprelin 21-də Netanyahu ilə keçirdiyi mətbuat konfransının şəkli) Axios xəbər agentliyi üç amerikalı və İsrail rəsmisinə istinadən, Biden administrasiyasının bir neçə həftə öncə İsrailə İrana qarşı birgə hərbi planlaşdırmada iştirak etmək ideyasını təklif etdiyini açıqlayıb.
(ABŞ Müdafiə Nazirinin İsrailə səfəri və aprelin 21-də Netanyahu ilə keçirdiyi mətbuat konfransının şəkli) Axios xəbər agentliyi üç amerikalı və İsrail rəsmisinə istinadən, Biden administrasiyasının bir neçə həftə öncə İsrailə İrana qarşı birgə hərbi planlaşdırmada iştirak etmək ideyasını təklif etdiyini açıqlayıb.

Axios xəbər agentliyi üç amerikalı və İsrail rəsmisinə istinadən, Biden administrasiyasının bir neçə həftə öncə İsrailə İrana qarşı birgə hərbi planlaşdırmada iştirak etmək ideyasını təklif etdiyini açıqlayıb.

Mayın 17-də Amerikanın bu saytında dərc olunan bu hesabatda o, bu xəbərin əhəmiyyəti haqqında yazıb: “ABŞ rəsmiləri bu təklifin görünməmiş olduğunu və ABŞ-İsrail hərbi əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirə biləcəyini deyirlər”.

Bu xəbər agentliyinin adları açıqlanmayan mənbələri də bildiriblər: “İsrail rəsmiləri indiyədək bu təklifə şübhə ilə yanaşıblar və bunun ABŞ-ın buna qarşı çıxacağı təqdirdə, İrana, xüsusən də onun nüvə obyektlərinə qarşı hərəkətə keçməsinə “İsrailin əl-qolunu bağlamaq” cəhdi olacağından ehtiyat ediblər”.

Amerikalı bir səlahiyyətli bu təklifin olduğunu vurğuladı və dedi ki, “ABŞ və İsrail arasında İranın nüvə proqramına qarşı hər hansı birgə hücum planı yoxdur və bu təklif Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Millinin, müdafiə naziri Lloyd Ostinin və CENTCOM-un komandiri general Erik Korilla-nın İsrailə son səfərləri zamanı irəli sürülüb.

İranın nüvə proqramı ilə bağlı gərginliyin artdığı bir vaxtda ABŞ dəfələrlə İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəyini bəyan edib.

Bu xəbər Ağ Evin bu yaxınlarda ABŞ ordusunun İran dəniz gəmiləri tərəfindən ticarət gəmilərinə qarşı artan təzyiqləri səbəbilə Fars körfəzindəki müdafiə mövqeyini gücləndirəcəyini elan etdiyi vaxta təsadüf edir.

Dünən ABŞ Senatı yüksək rütbəli məmurların iştirakı ilə keçirilən məxfi görüşdə İranla bağlı məsələləri müzakirə edib. Bir müddət öncə İsrailin baş naziri Benyamin Netanyahu ölkənin xəbər agentliklərinə deyib: İsrail lazım gələrsə, bir neçə cəbhədə İranla döyüşməyə hazırdır”. Bundan bir müddət öncə İsrailin müdafiə naziri verdiyi açıqlamada “İran beş atom bombası istehsal etmək üçün lazımi materialları əldə edib” demişdi.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Amnesty İnternational-ın İran və Səudiyyə Ərəbistanında edamların "kəskin artımı" ilə bağlı xəbərdarlığı

May 17, 2023
2 dəqiqədə oxunur
Amnesty İnternational-ın İran və Səudiyyə Ərəbistanında edamların "kəskin artımı" ilə bağlı xəbərdarlığı