close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Etemadın Hesabatı; İmmiqrasiya yaşı azalıb və öyrəncilər ümidsizdilər

İyun 7, 2023
1 dəqiqədə oxunur
Etemadın Hesabatı; İmmiqrasiya yaşı azalıb və öyrəncilər ümidsizdilər

“Etemad” qəzeti ölkədən mühacirət yaşının azalması ilə bağlı xəbərdə öyrəncilərin yaş qrupunu incələyib və bunun səbəblərini öyrəncilərin İrandakı gələcəklərindən “ümidsizliyi” hesab edib.

7 iyun 2023-cü il çərşənbə günü "Etemad" qəzeti bir müəllimə istinadən verdiyi xəbərdə öyrəncilər arasında mühacirətin artmasının səbəbini "çarəsizlik" adlandırıb və bir misal göstərərək yazır: "Qız doqquzuncu sinifdə oxuyur və onu Kanadanın Toronto şəhərindəki bir universitetə bağlı məktəbə yazdırmaq üçün təxminən 620 milyon toman ödəyiblər."

Bu müəllimin dediyinə görə, öyrəncilərin valideynləri bakalavr və magistr dərəcələrini almaq üçün  üçün universitetə ödəməli olduqları çoxlu miqdarda pulu indidən ödəməyə üstünlük verirlər. “Onlar bu şərtlərdən qurtulmaq üçün məktəb illərində bu məbləğləri övladlarını göndərmək və başqa ölkələrə oxumaq üçün erkən xərcləməlidirlər”.

Bu hesabatda öyrənci miqrasiyasının dəqiq statistik məlumatları verilməsə də, “Öyrəncilər üçün immiqrasiya sənədləri immiqrasiya idarələrində bir-birinin ardınca açılır”.

Məlumatlara görə, son illər iranlı mühacirlərin əhalisi kəskin şəkildə artıb. Lakin İran hökuməti, o cümlədən Təhsil Nazirliyi öyrəncilərin xaricə miqrasiyası ilə bağlı heç bir məlumat dərc etməyib.

İranlıların müxtəlif qruplarının son illərdə xaricə miqrasiya nisbəti ilə bağlı statistik məlumatlar dərc edən Miqrasiya Rəsədxanası öncələr yalnız elit öyrəncilərin miqrasiya statistikasını qeyd edirdi.

Ötən ilin oktyabrında “Doyaye Eghtesad” qəzeti xəbərdə “bəzi qurumlar tərəfindən Türkiyə kimi ölkələrə öyrənci göndərilməsi” haqda məlumat vermişdi.

Miqrasiya Rəsədxanasının 2021-ci ildə dərc etdiyi hesabata istinadən Etemad yazıb ki, 2022-2021-ci ilin avqustu arasında milli imtahanda 1-1000 arasında olanların 15-37 faizi, Milli Elit Fondunun və Olimpiadaların üzvləri xaricə köç edib.

Bundan öncə Milli Parlaq İstedadların İnkişafı Təşkilatının rəhbəri Elham Yavəri elan edib: “Parlaq istedad məktəblərinin öyrəncilərinin yüzdə 70 xaricə miqrasiya edir və onların yalnız yüzdə 30 ölkə daxilində qalır”.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Məhkəmənin qərarı ilə Elin kimlik vəsiqəsi alıb

İyun 7, 2023
1 dəqiqədə oxunur
Məhkəmənin qərarı ilə Elin kimlik vəsiqəsi alıb