close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Nigar Xiyavi Təbriz Kəşfiyyat İdarəsinin məmurları tərəfindən saxlanılıb

Avqust 16, 2023
1 dəqiqədə oxunur
Nigar Xiyavi Təbriz Kəşfiyyat İdarəsinin məmurları tərəfindən saxlanılıb

Dünən 15 Avqust 2023-də Təbriz şəhərinin təhlükəsizlik qüvvələri tanınmış Türk şair və yazıçı Nigar Xəyaviyə zəng edərək, Təbriz şəhərinin Kəşfiyyat idarəsinə getməsini istəyiblər.

Təhlükəsizlik qüvvələri xanım Nigar Xiyavinin evinə onun evinə hücum edərək axtarış aparıb, ona məxsus şəxsi əşyaları, o cümlədən kitablar, komputer və mobil telefonunu müsadirə ediblər. Dindirilmək üçün idarəyə aparılan Nigar Xiyavinin hələlik həbs edilib və ya sərbəst buraxıldığı barədə dəqiq məlumat almaq mümkün olmayıb.

Xanım Xəyavinin qardaşının verdiyi məlumata görə, o, ürək xəstəliyindən əziyyət çəkir və təcili evə buraxılmasa, onlar üçün təhlükələr yaradacaq.

Qeyd edək ki, avqustun 14-də də başqa yazıçı xanım Ruqəyyə Kəbiri Təbriz Kəşfiyyat İdarəsinə çağırılıb və bir neçə saatlıq sorğu-sual edildikdən sonra sərbəst buraxılıb.

Ola bilsin ki bu fəalların çağırılması Urmiyə gölü ilə bağlı şəhər fərmandarlığı qarşısında etiraz aksiyası keçirmək ilə bağlı olsun.

Son günlər xalq qrupları, ətraf mühit fəalları və Azərbaycanlı mədəni fəallar Urmiyə gölünün qurumasının fəsadları barədə bilgi yaymaya çalışaraq, gölün dirçəldilməsi üçün hakimiyyət orqanlarına xəbərdarlıq ediblər.

Şərhlər

Xəbərlər

Mazandaranda nəzarət məntəqəsində bir Bəsici üzvü öldürülüb

Avqust 16, 2023
1 dəqiqədə oxunur
Mazandaranda nəzarət məntəqəsində bir Bəsici üzvü öldürülüb