close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Təbrizdə gecəqondularda yarım milyon insan yaşayır

Noyabr 28, 2023
1 dəqiqədə oxunur
Təbrizdə gecəqondularda yarım milyon insan yaşayır

Bir milyon 800 min nəfər əhalisi olan Təbriz şəhəri şəhərsalma və tikinti standartları baxımından böyük problemlə üz-üzədir. Verilən məlumatlara görə bu şəhərdə 500 min nəfər gecə qondularda yaşayır.

2500 hektar köhnəlmiş tikinti və yarım milyondan çox gecəqondularda əhalisi olan bu şəhər acınacalıqlı vəziyyətdədir.

Təbriz Millətvəkili mütəfəkkir Azad və İran Parlamentinin Rəyasət Heyətinin üzvü hesab edir ki, gecəqondu yaşayışın kökündə yoxsulluq, ədalətsizlik, işsizlik, dolanışıq qıtlığı və mühacirət dayanır və hökumət bu məsələni həll etməlidir.

Bu şəhərin gecəqondu ərazilərinin genişlənməsinin dünyanın ən məşhur və əlbəttə ki, ən təhlükəli zəlzələ xətlərinin üzərində olduğunu bildiyimiz zaman Təbrizdə gecəqonduların olması məsələsi daha narahatedici görünür.

Təbriz fay xətti Mişo dağlarından Bostanabada qədər 100 kilometr məsafəni əhatə edir və bəzi elmi araşdırmalara görə onun iki tərəfi batıdan Türkiyəyə, doğudan isə Zəncan əyalətində çatır.

Təbriz şəhərinin İslam Şurası Şəhərsalma və Memarlıq Komissiyasının sədri cənab Babayi Əqdəm 2005-cı ildə Yaponiya ekspert qrupunun Təbrizin gecəqonduları ilə bağlı apardığı araşdırmaya istinad edərək deyib: “2005-cı ildə aparılan bu sorğunun nəticələrinə görə Təbrizin geciqondu əhalisinin 400 min nəfər olduğu təxmin edilirdi və bu araşdırmada iştirak edən tədqiqatçıların fikrincə, Təbrizdə zəlzələ baş verərsə, bu 400 min nəfər Təbrizdə belə bir hadisənin ilk qurbanlarından olacaq.

Şərhlər

Xəbərlər

Türk məhbusların son durumu: Mürtəza Nurməhəmmədi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

Noyabr 28, 2023
1 dəqiqədə oxunur
Türk məhbusların son durumu: Mürtəza Nurməhəmmədi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb