close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Yunis Quluzadəyə qarşı çıxarılan hökm apellyasiya məhkəməsində təsdiq edilib

Yanvar 2, 2024
1 dəqiqədə oxunur
Yunis Quluzadəyə qarşı çıxarılan hökm apellyasiya məhkəməsində təsdiq edilib

Doğu Azərbaycan Əyalətinin Apellyasiya Məhkəməsinin ikinci şöbəsi Türk mədəni fəal Yunis Quluzadəyə qarşı çıxarılan hökmü təsdiq edib.

Daha öncə cənab Quluzadə Təbriz Cəza Məhkəməsinin 108 saylı şöbəsi tərəfindən "qanunsuz nümayişlərdə iştirak etməklə ictimai asayişi pozmaq" ittihamına görə, 22 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi.

Qeyd edək ki, adı çəkilən fəal başqa 14 fəalla birlikdə 16 iyul 2022-ci ildə Urmu gölünün qurumasına etiraz aksiyasında Təbriz və Urmu şəhərlərində saxlanılmış, dindirildikdən sonra müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdılar.

İyulun 16-də keçirilən nümayişlər zamanı Urmiyə şəhəri və Azərbaycanın başqa şəhərləri, o cümlədən Təbriz, Ərdəbil, Sulduz, Qoşaçay və s. ciddi təhlükəsizlik mühitinin şahidi olub və bu, çoxlu sayda milli və ətraf mühit fəallarının həbsi ilə müşayiət olunub.

Ətraf mühit sahəsində mütəxəssislərin fikrincə, Urmiyə gölünün quruması bu ərazinin 14 milyondan çox sakininin həyatını təhlükə altına qoyub və bu ərazi sakinlərinin məcburi köçünə səbəb olacaq.

Urmiyə gölünün quruması və mikro toz mərkəzlərinin aktivləşməsi nəticəsində yaranan duz fırtınalarının baş verməsi təkcə region xalqı və İran ölkəsi üçün problem deyil, həm də beynəlxalq ekoloji təhlükədir.

Şərhlər

Xəbərlər

Bazar ertəsi səhəri Kərəc Mərkəzi Həbsxanasında beş nəfər edam edilib

Yanvar 1, 2024
1 dəqiqədə oxunur
Bazar ertəsi səhəri Kərəc Mərkəzi Həbsxanasında beş nəfər edam edilib