close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Yürüş Mehrəli Bəyli Təbriz Həbsxanasının karantin bölməsinə köçürülüb

Fevral 12, 2024
1 dəqiqədə oxunur
Yürüş Mehrəli Bəyli Təbriz Həbsxanasının karantin bölməsinə köçürülüb

Yürüş Mehrəli Bəylinin qardaşı Yılmaz İş müstəntiqinə istinadən İnstaqram səhifəsində bu Türk mədəni fəalın Təbriz Mərkəzi Həbsxanasının karantin bölməsinə köçürüldüyünü açıqlayıb.

Yılmaz Mehrəli Bəyli 10 fevral 2024-də şəxsi İnstaqram səhifəsində paylaşım edərək, işin müstəntiqinə istinadən qardaşının Kəşfiyyat İdarəsinin təcridxanasından Təbrizin Mərkəzi Həbsxanasının karantinə köçürülməsi barədə məlumat verib və yazıb: “Bu gün Yürüşün həbsindən 96 gün keçir və həbs olunduqdan sonra o, yalnız bir dəfə ailəsi ilə qısa telefon danışığı edə bilib.

O artırıb ki, şənbə günü, fevralın 10-da qardaşımın vəziyyəti ilə bağlı prokurorluğa getdik və işin müstəntiqi bizə bildirdi ki, Yürüş bir neçə gündür Təbriz Həbsxanasının karantin palatasına köçürülüb, lakin istintaq davam edir və onun yenidən Kəşfiyyat İdarəsinin təcridxanasına aparılacağı istisna edilmir və hələlik də görüşmək və danışmaq qadağasındadır.

Ayət (Yürüş) Mehrəli Bəyli keçmiş siyasi məhbus və Türk siyasi fəaldır. O, 2023-ci il noyabrın 7-də Doğu Azərbaycan əyalətinin Hədişəhr şəhərində Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən həbs edildi.

Son günlər Azərbaycanın çeşidli şəhərlərində onlarla mədəni fəal həbs edilib və bu məhbusların həbslərinin səbəbi aydın deyil.

Şərhlər

Xəbərlər

Yanvar ayında İranda son 13 ayda edam hökmündə rekordu qırılıb

Fevral 9, 2024
1 dəqiqədə oxunur
Yanvar ayında İranda son 13 ayda edam hökmündə rekordu qırılıb