close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Mürtəza Pərvin Evin təcridxanasında aclıq aksiyasının üçüncü gününə girdi

Fevral 26, 2024
1 dəqiqədə oxunur
Mürtəza Pərvin Evin təcridxanasında aclıq aksiyasının üçüncü gününə girdi

Türk mədəni fəal və rəssam Mürtəza Pərvin Kəşfiyyat İdarəsinin Evindəki təcridxanasında aclıq aksiyasının üçüncü gününə girdi.

Təsviri incəsənət sahəsində çalışan və Türk mədəni fəal Mürtəza Pərvin qanunsuz həbsinə etiraz olaraq bu gün Evin İstintaq Təcridxanasının 209-cu palatasında aclıq aksiyasının üçüncü gününə qədəm qoyub.

Mürtəza Pərvin elə bir halda aclıq aksiyasının üçüncü gününə girir ki, dünən, 23 fevral günü ailəsi ilə qısa bir zəng zamanı belindəki şiddətli ağrıları və fiziki vəziyyətinin pisləşdiyini bildirib və deyib: "Mənə qarşı toplaşmaq və əlbir olmaq ittihamı irəli sürülüb. Bilmirəm niyə mənimlə heç bir münasibəti olmayan və aramızda heç bir əlaqə olmayan insanlarla əlaqələndirməyə çalışırlar və buna da israr edirlər. İndiyə qədər dindirilməyə əl verməmişəm və verməyəcəm də. Mənə sənəd imzalamaya çalışıblar və mən yalnız hakimin qarşısında danışacam deməşəm. Vəziyyətim aydınlaşana qədər və mövcud qanunsuz vəziyyətə etiraz olaraq aclıq aksiyasına başlayacağam və bu mənim son çıxışım olacaq." Bu sözdən sonra cənab Pərvinin telefon zəngi dərhal kəsilib.

Mürtəza Pərvinin fiziki vəziyyətini və xəstəlik tarixçəsini nəzərə alsaq, bu məsələ bu sənətçinin və mədəni fəalın ailəsinin narahatlığını daha da artırıb. Mürtəza Pərvin bel fəqərələrində ağır disk xəstəliyindən əziyyət çəkir, onun ağır fiziki vəziyyəti və süstlüyünə görə aclıq aksiyası onun sağlamlığına ciddi təhlükə yarada bilər.

Xatırlaadq ki, Mürtəza Pərvin 6 fevralda Ərdəbildə atası evində saxalanılıb və 4 gün sonra ailəsinə etdiyi qisa bir zəng zamanı Evin Həbsxanasına köçürüldüyünü bildirib.

 

Şərhlər

Xəbərlər

Evin həbsxanasında 7 Azərbaycanlı mədəni fəal bəlisiz durumda saxlanılır

Fevral 23, 2024
2 dəqiqədə oxunur
Evin həbsxanasında 7 Azərbaycanlı mədəni fəal bəlisiz durumda saxlanılır