close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Azərbaycanlı işçilərin kötü həyat şəraiti; Təbriz Kaşı fabrikinin işçiləri tətil edirlər

Mart 11, 2024
1 dəqiqədə oxunur
Azərbaycanlı işçilərin kötü həyat şəraiti; Təbriz Kaşı fabrikinin işçiləri tətil edirlər

Təbriz Kaşı fabrikinin işçiləri həyat şəraitinin pis olmasına, maaş və sosyal yardımlarının aşağı olmasına etiraz olaraq dünən, 10 mart 2024-cü il bazar günü işləri dayandıraraq tətilə başlayıblar.

Bu fabrikin işçiləri həyat şəraitinin pis olmasına, maaşların aşağı olmasına, sosial yardım və xidmətlərin olmamasına etiraz edərək, əmək haqlarının artırılmasını tələb edərək, fəaliyyətini dayandıraraq tətilə başlayıblar.

İşçilər gündəlik fəaliyyətlərini dayandıraraq və fabrikin ərazisinə toplaşaraq işdən əl çəkərək, onların yoxsul həyat və rifah vəziyyətlərinə hökumətin və hakimiyyət orqanlarının diqqətini tələb edirdilər.

Pis həyat şəraiti, İran iqtisadiyyatında hökm sürən yüksək inflyasiya ilə müqayisədə maaşların aşağı olması, sosial xidmətlərin olmaması və işçilərin maaşlarının son illərdə gecikdirilməsi işçi sinfinin, özəlliklə də sığortasız çalışdırılması işçilərin müxtəlif problemlərinə səbəb olub.

İşçi fəallarının fikrincə, İran İslam Respublikası hökuməti nəinki işçi və təqaüdçülərin iş və istehsal sahəsindəki ehtiyac və tələblərinə lazımi diqqət yetirməyib, həm də işçilərin tətil və etiraz etmək üçün mübahisəsiz hüququna məhəl qoymayıb.

İşçilər və təqaüdçülər dəfələrlə mitinqlərində bəyan ediblər ki, hüquqları tam təmin olunana və hökumət onların tələblərini yerinə yetirənə qədər etiraz aksiyalarını davam etdirəcəklər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Biden: Orta Doğuda istiqrar üçün İran kontrol edilməlidir

Mart 8, 2024
1 dəqiqədə oxunur
Biden: Orta Doğuda istiqrar üçün İran kontrol edilməlidir