close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Ölkənin Fövqəladə Hallar Təşkilatı: İlin axır çarşənbəsi ilə bağlı hadisələrdə 8 nəfər həyatını itirib

Mart 11, 2024
1 dəqiqədə oxunur
Ölkənin Fövqəladə Hallar Təşkilatı: İlin axır çarşənbəsi ilə bağlı hadisələrdə 8 nəfər həyatını itirib

Ölkənin fövqəladə hallar təşkilatı fevralın 20-dən martın 11-dək İlin axır çarşənbəsi ilə bağlı baş verən hadisələrdə 8 nəfərin öldüyünü, 330 nəfərin yaralandığını açıqlayıb.

Ölkənin fövqəladə hallar təşkilatının ictimaiyyətlə əlaqələri bazar ertəsi, martın 11-də bildirib ki, 121 fövqəladə hadisəyə ekiplər göndərilib, 196 nəfər şəxsən gəlib, 13 nəfərə isə yerində tibbi yardım göstərilib.

Bu məlumata görə, xəsarət alanlar arasında 28 amputasiya, 113 göz xəsarəti və 159 yanıq xəsarəti qeydə alınıb.

Ayrıca 75 nəfər xəstəxanaya yerləşdirilib, 11 nəfər reanimasiya şöbəsinə yerləşdirilib.

Ölkənin fövqəladə hallar departamentinin məlumatına görə, bu il baş verən qəzalarda xəsarət alanların yüzdə 70 sayı 18 yaşa qədər, yaralananların yüzdə 14 isə yoldan keçənlərdir.

İsna xəbər agentliyi Səhiyyə Nazirliyinin statistikasına istinadən yazıb ki, bu il İlin axır çarşənbəsi günü baş verən hadisələrin qurbanlarının sayı keçən illə müqayisədə yüzdə 24 artıb.

Ayrıca bu dövrdə ölüm halları yüzdə 33, amputasiyalar yüzdə 4, göz zədələri yüzdə 21, yanıqlar yüzdə 51 artıb.

Ən yüksək yaralanma faizi Doğu Azərbaycan, Tehran və Batı Azərbaycanda, ən çox ölüm isə Batı Azərbaycan, Tehran və Doğu Azərbaycanda baş verib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Azərbaycanlı işçilərin kötü həyat şəraiti; Təbriz Kaşı fabrikinin işçiləri tətil edirlər

Mart 11, 2024
1 dəqiqədə oxunur
Azərbaycanlı işçilərin kötü həyat şəraiti; Təbriz Kaşı fabrikinin işçiləri tətil edirlər