close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Azərbaycanın şəhərlərində telekom təqaüdçüləri və bank əməkdaşları etiraz aksiyası keçirib

Mart 12, 2024
1 dəqiqədə oxunur
Urmiyədə telekommunikasiya təqaüdçülərinin etiraz aksiyası.
Urmiyədə telekommunikasiya təqaüdçülərinin etiraz aksiyası.
Həmədan şəhərində Sepəh və Məskən banklarının bir sıra işçiləri dolanışıq problemlərinə və bankların dövlət işçilərinin tətil olmaq ilə bağlı yeni qanundan kənarda qalmasına etiraz olaraq iki saatlıq işlərini dayandırıblar.

Ərakda telekommunikasiya təqaüdçülərinin etiraz aksiyası.
Ərakda telekommunikasiya təqaüdçülərinin etiraz aksiyası.

11 Mart 2024-də Təbriz, Urmiyə, Zəncan, Ərdəbil, Həmədan və Ərak daxil olmaqla Azərbaycanın şəhərlərində telekom təqaüdçüləri və bəzi bank əməkdaşları etiraz aksiyası keçiriblər.

Təqaüdçülər hökumətin qanuni tələblərinə əhəmiyyət verməməsinə etiraz olaraq və Həmədan şəhərində Sepəh və Məskən banklarının bir sıra işçiləri dolanışıq problemlərinə və bankların dövlət işçilərinin tətil olmaq ilə bağlı yeni qanundan kənarda qalmasına etiraz olaraq iki saatlıq işlərini dayandırıblar.

Doğu və Batı Azərbaycan, Zəncan, Ərdəbil və Mərkəzi əyalətlərində bir qrup telekommunikasiya şirkəti təqaüdçüsü bu əyalətlərdə milli pensiya fondu qarşısında plakatlar nümayiş etdirərək və şüarlar səsləndirərək hökumətin onların qanuni tələbləri ilə bağlı vədlərinin yerinə yetirilməməsinə etiraz ediblər.

Təqaüdçülər hesab edirlər ki, hökumətdə və parlamentdə problemlərinin həlli üçün heç bir iradə yoxdur və onlar öz yığıncaqlarında dəfələrlə bəyan ediblər ki, hüquqları tam reallaşana və hökumət onların tələblərini yerinə yetirənə qədər toplantılarını davam etdirəcəklər.

Təqaüdçülər öz yığıncaqlarında dəfələrlə bəyan ediblər ki, hüquqları tam reallaşana və hökumət onların tələblərini yerinə yetirənə qədər toplantılarını davam etdirəcəklər.

Qeyd edək ki keçən həftə bazar ertəsi, 2024-cü il martın 4-də də telekommunikasiya təqaüdçüləri Təbriz, Urmiyə, Ərdəbil, Zəncan və Ərak şəhərlərində Milli Pensiya Fondunun qarşısında etiraz aksiyası keçiriblər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Ölkənin Fövqəladə Hallar Təşkilatı: İlin axır çarşənbəsi ilə bağlı hadisələrdə 8 nəfər həyatını itirib

Mart 11, 2024
1 dəqiqədə oxunur
Ölkənin Fövqəladə Hallar Təşkilatı: İlin axır çarşənbəsi ilə bağlı hadisələrdə 8 nəfər həyatını itirib