close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Reuters: Avropa İttifaqı İrana qarşı “yeni və əhəmiyyətli tədbirlərə” hazırdır

Mart 14, 2024
1 dəqiqədə oxunur
“Reuters” xəbər agentliyi Avropa İttifaqı liderlərinin gələn həftə keçiriləcək iclasının layihəsinə istinad edərək, Avropa İttifaqının Ukraynaya qarşı müharibədə istifadə üçün İrandan Rusiyaya ballistik raketlərin ötürülməsinə yeni və əhəmiyyətli tədbirlərlə cavab verməyə hazır olduğunu iddia edir.

Reuters tərəfindən görülən qaralama mətndə deyilir: “Avropa Şurası üçüncü ölkələri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə maddi dəstəyi dərhal dayandırmağa çağırır”.

“Reuters” agentliyinin altı məlumatlı mənbəyə istinadən verdiyi xəbərdə İran Rusiyaya çoxlu sayda güclü “quru-quru” tipli ballistik raketlər təqdim edib ki, bu da ABŞ-ın sanksiyaları altında olan iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşməsinə yardım edəcək.

21-22 mart tarixli iclasın bəyanat layihəsində bu hesabatların təşviş doğurduğu və Avropa İttifaqının beynəlxalq tərəfdaşlarla, o cümlədən İrana qarşı yeni və əhəmiyyətli tədbirlərlə tez və koordinasiyalı şəkildə cavab verməyə hazır olduğu bildirilir.

Bu layihə əsasında Aİ liderləri Aİ-nin baş xarici siyasət rəsmisi Josep Borrelldən və Avropa Komissiyasından Belarus, Quzey Koreya və İrana qarşı daha çox sanksiyalar hazırlamağı istəyəcəklər.

Stokholm Beynəlxalq Barış Araşdırmaları İnstitutu dünyada silah alqı-satqısı ilə bağlı son hesabatında İslam Respublikasından silah ixracının kəskin artdığını açıqlayıb. Bu hesabata görə, son beş ildə İslam Respublikası daha öncəki eyni dövrlə müqayisədə silah ixracatında yüzdə 276 artım əldə edib.

İran İslam Respublikasının silah ixracatında artım bir müddətdir Fransa, Almaniya və İngiltərə keçən ilin sentyabrında İrana qarşı 2015-ci il nüvə sazişinə əsasən, oktyabrda başa çatmalı olan ballistik raket və nüvə silahlarının yayılması ilə bağlı sanksiyaları saxlayıblar.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Ədliyyənin birinci müavini oğullarının korrupsiyası üzə çıxandan bir neçə ay sonra istefa verib

Mart 13, 2024
1 dəqiqədə oxunur
Ədliyyənin birinci müavini oğullarının korrupsiyası üzə çıxandan bir neçə ay sonra istefa verib