close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Uşaq hüquqları müdafiəçisi Səmanə Əsgəri hökm icrası üçün həbsxanaya köçürülüb

Aprel 3, 2024
1 dəqiqədə oxunur
Uşaq hüquqları müdafiəçisi Səmanə Əsgəri hökm icrası üçün həbsxanaya köçürülüb
Tanınmış uşaq hüquqları müdafiəçilərindən olan Səmanə Əsgərinin həyat yoldaşı İsmayıl Nəzəri İnstaqram hesabında həyat yoldaşına verilən 1 illik həbs cəzasının icra olunduğunu yazıb.

Tanınmış uşaq hüquqları müdafiəçilərindən olan Səmanə Əsgərinin həyat yoldaşı İsmayıl Nəzəri İnstaqram hesabında həyat yoldaşına verilən 1 illik həbs cəzasının icra olunduğunu yazıb.

Bu qısa qeydə görə, xanım Əsgəri bu gün, çərşənbə günü, aprelin 3-də Şəhər Prokurorluğuna getdikdən sonra həbs edilib və Evin həbsxanasına köçürülüb.

2023-cü il dekabrın 16-da İran İslam Respublikasının məhkəməsi Kərəcdəki Xarəzmi Universitetinin öyrəncisi, qadın və uşaq hüquqlarının müdafiəçisi Səmanə Əsgərini həbs günləri də daxil olmaqla bir il həbs cəzasına məhkum etdi.

Səmanə Əsgəri ilk dəfə 2021-ci ilin oktyabrında və şəxsi evində ümummilli etirazlar zamanı altı uniformalı polis və özlərini su idarəsinin məmurları kimi təqdim edən bir qadın agent tərəfindən həbs edildi.

Bu öyrənci fəal əvvəlcə Evin həbsxanasının 209-cu palatasında 35 gün keçirib. O, dindirildikdən sonra noyabrın 23-də Vərəminin Gərçək həbsxanasına köçürülüb və azadlığa çıxana qədər həmin həbsxanada saxlanılıb.

Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin rəisi hakim Əbulqasim Salvati Səmanə Əsgərini 18 il 3 ay həbs cəzasına məhkum etsə də, o, ədliyyənin əfv fərmanına əsasən Gərçək həbsxanasından azad edilib.

Xanım Əsgəri 2023-cü il sentyabr ayının 14-də Tehranda yerləşən evində təhlükəsizlik işçiləri tərəfindən yenidən həbs olundu və Kəşfiyyat Nazirliyinin təcridxanası kimi tanınan Evin həbsxanasının 209-cu palatasına köçürüldü. Oktyabrın 1-də Vəramindəki Gərçək həbsxanasına köçürüldü və oktyabrın 4-də çərşənbə günü məhkəmə prosesinin sonuna qədər bir milyard tümən girov müqabilində müvəqqəti olaraq sərbəst buraxıldı.

Səmanə Əsgəri işləyən qadınların və uşaqların hüquqlarının müdafiəçisi və Uşaq Hüquqlarını Müdafiə Assosiasiyasının idarə heyətinin keçmiş üzvüdür. Onun İmam Əli camaatı ilə də əməkdaşlıq keçmişi var.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Rusiya İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumunu tənqid edib

Aprel 3, 2024
2 dəqiqədə oxunur
Rusiya İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumunu tənqid edib