close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Pakistan İnqilab Keşikçilərinə bağlı Zeynəbiyun qruplaşmasını “terrorçu qrup” adlandırıb

Aprel 11, 2024
1 dəqiqədə oxunur
Pakistan İnqilab Keşikçilərinə bağlı Zeynəbiyun qruplaşmasını “terrorçu qrup” adlandırıb

Pakistan Zeynəbiyun qruplaşmasını “terror təşkilatı” elan edib. Bu, İnqilab Keşikçiləri tərəfindən Suriyada iç savaş başlayandan sonra bu ölkədə döyüşmək üçün yaradılan Pakistan şiələrindən ibarət milis qrupudur.

İnqilab Keşikçiləri bu bölmədən Suriya prezidenti Bəşər Əsəd hökumətinə rəqiblərinə qarşı mübarizədə dəstək vermək üçün istifadə edir.

İslam İnqilabı Keşikçiləri Korpusu və Pakistan ordusunun iki ölkə ərazisinə qarşılıqlı hərbi hücumlarından sonra bu ilin yanvarında Pakistan və İran arasında münasibətlər görünməmiş gərginliyə daxil olub.

İnqilab Keşikçiləri yanvarın 16-da Pakistanın Bəluçistan əyalətinə hücum edərək sünni Bəluç qrupunu hədəf aldığını bildirib.

Bu hücuma cavab olaraq Pakistan cümə axşamı, yanvarın 18-də hərbi hücum həyata keçirərək “terrorçuların mövqelərini” hədəf aldığını bildirib.

Ötən aylarda Tehran və İslamabad arasında gərginliyin artması ilə eyni vaxtda, 2024-cü il yanvarın əvvəlində Pakistanın terrorla mübarizə şöbəsi Zeynəbiyun qruplaşmasında "təlim keçmişi olan terrorçu"nun həbs olunduğunu elan etdi.

Pakistan bu şəxsin bu ölkənin baş müftisi Təqi Osmaniyə hücumla birbaşa əlaqəsi olduğunu açıqlamışdı.

O, 8 iyul 2021-ci ildə sui-qəsd nəticəsində öldürülüb.

Bundan əvvəl, 2021-ci ilin yanvarında Pakistan təhlükəsizlik qüvvələri Pakistanın Sind əyalətində Zeynəbiyun qruplaşması üzvünün həbs edildiyini elan etdi və onun Pakistanda Zeynəbiyun qruplaşmasına üzvü olmaq ittihamı ilə iki ayda həbs edilən dördüncü şəxs olduğunu bildirdi.

Pakistan təhlükəsizlik rəsmiləri bildiriblər ki, həbs olunan şəxslər daha öncə İranda hərbi təlim keçiblər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Biden: Biz bütün gücümüzlə İsraili müdafiə edəcəyik

Aprel 11, 2024
1 dəqiqədə oxunur
Biden: Biz bütün gücümüzlə İsraili müdafiə edəcəyik