close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Onlarla iranlı sənətçi hərbçilərə səsləndi: Silahınızı yerə qoyun

May 30, 2022
1 dəqiqədə oxunur
Onlarla iranlı sənətçi hərbçilərə səsləndi: Silahınızı yerə qoyun

İranda onlarla sənətçi bəyanat yayaraq, İslam Respublikası hərbçilərinin İranda nümayişçilərə qarşı zorakılığa son qoymağa çağırıb.

Bazar günü, 29 Mayda dərc olunan bəyanatda deyilir: “İranın hər yerindən gələn məzlum insanların səsi əzab çəkən Abadan xalqı ilə həmrəylik və rəğbət üçün eşdilir”.

Bəyanatın davamında deyilir: “İndi korrupsiya, oğurluq, səmərəsizlik və repressiya ilə bağlı ictimai qəzəbin xalq etirazları dalğası ilə müşayiət olunduğu bir vaxtda biz hərbi hissələrdə repressiyaya aləti olanların hamısını silahlarını yerə qoymağa və xalq ilə qucaqlaşmağa çağırırıq”.

Mahnaz Əfzəli, Məcid Bərzəqar, Cəfər Pənahi, Leyla Hatəmi, Puran Derəxşənde, Əbolhəsən Davudi, Riza Dormişiyan, Mühəmməd Rəsulov, Kətayun Riyahi, Mona Zəndi, Saman Salor, Əli Mosəfa və Təhmine Milani bu məktubu imzalayanlar sırasındadır.

Son üç gün ərzində Xuzistan əyalətindən İslam Respublikasının repressiv qüvvələrinin nümayişçilərə açıq şəkildə atəş açdığı bir neçə reportaj və video yayımlanıb.

Zorakılıq son günlər bir sıra başqa iranlı sənətçilər və kinorejissorlar tərəfindən etirazlarla qarşılanıb.

İranlı aktrisa Zər Əmir İbrahimi Kann Film Festivalında Ən Yaxşı Qadın Oyunçu Mükafatını aldığı tarixi məqamda dünən gecə etirazçılara və Abadan xalqına başsağlığı verib.

Kann Film Festivalında Beynəlxalq Kino Tənqidçiləri Federasiyasının mükafatını qazanan “Leylanın Qardaşları” filminin rejissoru Səid Rustayi də mükafatını Abadanlılara təqdim edib.

Nazənin Bonyadi, Şəqayiq Dehgan və Keyhan Kəlhor da yazı və videolar dərc etməklə Abadan xalqına dəstək nümayiş etdirən başqa sənətçilər arasındadır.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Tehran Cümə İmamı: Bahalıqlar ilahi imtahandır

May 27, 2022
1 dəqiqədə oxunur
Tehran Cümə İmamı: Bahalıqlar ilahi imtahandır